Göstərişlər:
Kəskin bakterial sistit, residivləşən sistit, kəskin bakterial interstisial sistit, bakterial qeyri-spesifik uretit.
Massiv asimptomatik bakteriuriya
Sidik yollarının cərrahi əməliyyatdan sonrakı infeksiyaları
Cərrahiyyədə sidik kisəsi traktının infeksiyalarının profilaktikası və trans-uretral diaqnostik cərrahi əməliyyatlar zamanı sidik yollarının iltihabları.
Əks göstərişlər:
Fosfomisinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq
Kəskin böyrək çatışmazlığı
Sidik ifrazında çətinliklər
Hemodializ altında olan xəstələr
12 yaşdan kiçik uşaqlar.
İstifadə qaydası və dozası:
Bu preparat həmişə həkimin təlimatına tam uyğun olaraq qəbul edilməlidir. Əgər qəbuluna dair sual yaranarsa, bunu müalicə həkimi ilə müzakirə etmək lazımdır. Müalicə müddəti həkim tərəfindən müəyyən edilir. Müalicəni həkimin təyin etdiyi müddətdən tez bitirmək olmaz, çünki bu halda gözlənilən nəticəni əldə etmək mümkün olmaya bilər.
1 paketin öhtəviyyatı yarım stəkan soyuq suda və ya başqa mayedə tam həll edilir və hazırlandıqdan dərhal sonra qəbul edilir. Fosfamisin oral məhlul kimi acqarnına. sidik kisəsini boşaltdıqdan sonra və yatmazdan öncə qəbul edilir.
Rəylər (0)