İstifadəsinə göstərişlər:
Dağtərxunu çiçəyi qurdəleyhinə vasitə kimi askaridoz və enterobiozda, eləcə də ödqovucu kimi qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəliklərində tətbiq olunur.
Əks göstərişlər:
Hamiləlik, laktasiya.
İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür, gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Rəylər (0)