Accessories
30 Items
İstifadəsinə
göstərişlər
Şəkərli diabet tip 2
-
Daflo dərman
vasitəsi böyüklərdə kifayət qədər idarə edilə bilməyən tip 2 şəkərli diabetin
müalicəsi zamanı pəhriz və idmana əlavə kimi;
-
intolerantlıq səbəbindən
metformin qəbulunun uyğun hesab edilmədiyi hallarda monoterapiya şəklində.
Tədqiqat nəticələrində dapaqliflozinin
tip 2 şəkərli diabet və müəyyən edilmiş ürək-damar xəstəliyi və ya çoxsaylı kardiovaskulyar
risk faktorları olan böyük pasiyentlərdə xroniki böyrək xəstəliyinin proqressivləşmə
və/və ya ürək çatışmazlığı ilə əlaqəli xəstəxanaya yerləşdirmə riskini
azaltdığı göstərilmişdir.
Tədqiqat nəticələrində
kombinasiya şəklində terapiyanın qlikemik nəzarətə, ürək-damar hadisələri və
renal hadisələrə təsiri ilə bağlı “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”,
“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın.
Əks göstərişlər
Təsiredici
maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığı
Məhdud təcrübə olduğu üçün GFR < 25 ml/dəq olan xəstələrdə
dapaqliflozinlə müalicəyə başlamaq tövsiyə edilmir.
Dapaqliflozinin qlükoza azaldıcı effektivliyi böyrəklərin funksional
qabiliyyətindən asılıdır və eGFR < 45 ml/dəq olan xəstələrdə bu effektivlik azalır
və ağır böyrək çatışmazlığı olan xəstələrdə isə effektinin olmadığı ehtimal
edilir (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Orta dərəcəli böyrək çatışmazlığı (GFR < 60 ml/dəq) olan tip 2 şəkərli
diabet xəstələrində aparılan bir araşdırmada dapaqliflozinlə müalicə olunan
xəstələrin çox hissəsində plasebo ilə müqayisədə kreatinin, fosfor, paratiroid
hormonunun (PTH) və hipotenziya hallarının artması müşahidə edilmişdir.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığı olan xəstələrdə klinik tədqiqatlarla bağlı təcrübə
məhduddur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə dapaqliflozinin təsirinə
məruz qalma artır (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Maye həcminin azalma və/və ya hipotenziya riski
olan xəstələrdə istifadəsi
Təsir mexanizminə görə dapaqliflozin diurezi artırır, bu da klinik
tədqiqatlarda müşahidə olunan arterial təzyiqinin müəyyən qədər azalması ilə
nəticələnə bilər. Qanda çox yüksək qlükoza konsentrasiyası olan xəstələrdə bu
hal daha aydın müşahidə edilə bilər.
Dapaqliflozin induksiyalı hipotenziya riskinə görə anamnezdə
hipotenziya olan, antihipertenziv terapiya qəbul edən xəstələrdə və ya yaşlı
xəstələrdə ehtiyatlı istifadə edilməlidir.
Maye həcminin azalması ilə nəticələnə bilən interkurrent vəziyyətlər
(məsələn, mədə-bağırsaq xəstəlikləri) zamanı, maye həcmi statusunun diqqətlə
monitorinqi (məsələn, fiziki müayinə, arterial təzyiqin ölçülməsi, hematokrit
və elektrolitlər daxil olmaqla laborator testlər) tövsiyə olunur. Maye həcmi
azalmış xəstələrdə dapaqliflozinlə müalicənin müvəqqəti dayandırılması (azalma
düzələnə qədər) tövsiyə olunur (“Əlavə təsirləri” bölməsinə bax).
Diabetik ketoasidoz
Dapaqliflozin daxil olmaqla, natrium-qlükoza kotransporteri 2 (SGLT2)
inhibitorları ilə müalicə alan xəstələrdə nadir hallarda diabetik ketoasidoz
(DKA), həmçinin, həyati təhlükəli və ölümcül hallar bildirilmişdir. Bir sıra
hallarda, vəziyyət atipik olmuş, yalnız orta dərəcədə artan qan qlükoza dəyərləri
14 mmol/l-dən (250 mq/dl) aşağı olmuşdur.
Ürəkbulanma, qusma, anoreksiya, qarında ağrı, həddindən artıq susuzluq,
tənəffüs çətinliyi, şüurun bulanıqlaşması, qeyri-adi yorğunluq və ya yuxululuq
kimi qeyri-spesifik simptomlar zamanı diabetik ketoasidoz riski nəzərə
alınmalıdır. Qanda qlükoza səviyyəsindən asılı olmayaraq, bu simptomlar baş
verərsə, xəstələr dərhal ketoasidoza görə qiymətləndirilməlidir.
DKA şübhəsi olan və ya diaqnozu qoyulan xəstələrdə dapaqliflozinlə
müalicə dərhal dayandırılmalıdır.
Böyük cərrahi əməliyyatlar və ya kəskin ciddi tibbi xəstəliklər səbəbiylə
xəstəxanaya yerləşdirilən pasiyentlərdə müalicə dayandırılmalıdır. Bu
xəstələrdə ketonların monitorinqi tövsiyə olunur. Qanda keton səviyyəsi
analizinin sidikdə aparılmasına üstünlük verilir. Keton dəyərləri normal olar
və xəstənin vəziyyəti stabilləşərsə, dapaqliflozinlə müalicəyə yenidən başlamaq
olar.
Dapaqliflozin ilə müalicəyə başlamazdan əvvəl xəstənin anamnezində
ketoasidoza meylli faktorlar nəzərə alınmalıdır.
Yüksək DKA riskinə beta-hüceyrə funksiyası ehtiyatı aşağı olan xəstələr
(məsələn, aşağı C-peptidli tip 2 şəkərli diabet və ya böyüklərdə gizli autoimmun
diabet (LADA) və ya anamnezdə pankreatit olan xəstələr), qida qəbulunun məhdudlaşdırılmasına
və ya ağır dehidrasiyaya səbəb olan şərtlər, insulin dozaları azaldılmış xəstələr
və kəskin tibbi xəstəlik, cərrahiyyə və ya spirtdən sui-istifadə nəticəsində
insulinə ehtiyacı artan xəstələr aid edilir. Bu xəstələrdə SGLT2 inhibitorları
ehtiyatla istifadə edilməlidir.
SGLT2 inhibitoru ilə müalicə zamanı DKA olan xəstələrdə başqa bir aydın
təhrikedici faktor müəyyən edilib və həll edilmədikcə SGLT2 inhibitoru ilə
müalicəyə yenidən başlamaq tövsiyə edilmir,
Dapaqliflozinlə aparılmış tip 1 şəkərli diabet tədqiqatlarında tez-tez DKA
hadisələri bildirilmişdir. Dapaqliflozin tip 1 şəkərli diabet xəstələrinin
müalicəsində istifadə edilməməlidir.
Aralığın (perineum) nekrozlaşdırıcı fassiiti (Furnye qanqrenası)
SGLT2 inhibitorları qəbul edən qadın və kişi xəstələrdə postmarketinq
təcrübədə aralığın (perineum)
nekrozlaşdırıcı fassiiti (Furnye qanqrenası) bildirilmişdir (“Əlavə təsirləri” bölməsinə bax). Bu, təcili cərrahi
müdaxilə və antibiotik müalicəsi tələb edən nadir, lakin ciddi və potensial
həyati təhlükəli hadisədir.
Cinsiyyət orqanlarında və ya perineal nahiyədə ağrı, həssaslıq, eritema
və ya şişkinlik, hərarət və ya halsızlıq əlamətlərinin kombinasiyası müşahidə
edilərsə, həkimə müraciət etmək lazımdır. Urogenital infeksiya və ya perineal
abses nekrozlaşdırıcı fassiitdən əvvəl də inkişaf edə bilər. Furnye qanqrenasındən
şübhələnirsinizsə, Daflo dərman vasitəsinin istifadəsini dayandırmaq və təcili
müalicəyə (antibiotiklər və cərrahi sanasiya və ya debridement daxil olmaqla)
başlamaq lazımdır.
Sidik yollarının infeksiyaları
Sidikdə qlükoza ifrazı sidik yolları infeksiyası riskinin artması ilə
əlaqələndirilə bilər, buna görə də pielonefrit və ya uro-sepsisin müalicəsi
zamanı dapaqliflozin istifadəsinin müvəqqəti dayandırılması nəzərdən
keçirilməlidir.
Yaşlı pasiyentlər (≥ 65 yaş)
Yaşlı xəstələrdə maye həcmin azalması riski və diuretiklərlə müalicə
olunma ehtimalı daha yüksəkdir. Yaşlı xəstələrdə böyrəklərin funksional
qabiliyyətinin pozulması və/və ya onların angiotenzin çevirici ferment
inhibitorları (AÇF-I) və angiotenzin II tip 1 reseptor blokatorları (ARB) kimi
böyrək funksiyalarında dəyişikliklərə səbəb ola biləcək antihipertenziv
dərmanlarla müalicə olunma ehtimalı daha yüksəkdir. Böyrək funksiyaları ilə
bağlı eyni tövsiyələr bütün xəstələrə olduğu kimi yaşlı xəstələrə də şamil
edilir (“İstifadə qaydası və dozası”, “Xüsusi göstərişləri və ehtiyat
tədbirləri”, “Əlavə təsirləri” bölməsinə bax).
Ürək çatışmazlığı
NYHA IV sinfində dapaqliflozin istifadəsi ilə bağlı təcrübə məhduddur.
Xroniki böyrək xəstəliyi
Şəkərli diabet və albuminuriya olmayan xəstələrdə xroniki böyrək
xəstəliyinin müalicəsində dapaqliflozinlə bağlı təcrübə yoxdur. Albuminuriyalı
xəstələrdə dapaqliflozinlə müalicə zamanı daha çox fayda müşahidə edilə bilər.
Aşağı ətrafların amputasiyası
SGLT2 inhibitorları ilə tip 2 şəkərli diabet xəstələrində aparılmış
uzunmüddətli klinik tədqiqatlarda aşağı ətrafların amputasiyası (əsasən ayaq
barmağı) hallarının artması müşahidə edilmişdir. Bunun sinif effekti
olub-olmadığı məlum deyil. Şəkərli diabet xəstələrinə müntəzəm olaraq,
profilaktik ayaq baxımı ilə bağlı tövsiyələr vermək mütləqdir.
Sidiyin laborator analizi
Təsir mexanizminə görə, Daflo
preparatı qəbul edən xəstələrdə sidikdə qlükozanın təyini testində müsbət nəticə
olacaqdır.
Laktoza
Daflo preparatının tərkibində laktoza var. Qalaktoza qarşı intolerantlığı,
Lapp laktaza defisiti və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi
xəstəlikləri olan pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmakodinamik
qarşılıqlı təsirlər
Diuretiklər
Dapaqliflozin tiazid və
ilgək diuretiklərinin diuretik təsirini artıraraq susuzlaşma və hipotenziya
riskini artıra bilər (“Xüsusi göstərişləri və ehtiyat tədbirləri” bölməsinə
bax).
İnsulin
və insulin sekresiyasını artıran vasitələr
Sulfonilsidik cövhəri kimi
insulin və insulin sekresiyasını artıran preparatlar hipoqlikemiyaya səbəb ola
bilər. Buna görə də, tip 2 şəkərli diabeti olan pasiyentlərdə dapaqliflozinlə
yanaşı istifadəsi zamanı hipoqlikemiya riskini azaltmaq üçün insulin və insulin
sekresiyasını artıran dərman vasitələrinin daha kiçik dozaları istifadə edilə
bilər.
Farmakokinetik
qarşılıqlı təsirlər
Dapaqliflozinin
metabolizmi, ilk növbədə, UDP qlükuronosiltransferaza 1A9 (UGT1A9) tərəfindən
qlükuronid konyuqasiyası vasitəsilə baş verir.
In
vitro tədqiqatlarda dapaqliflozin nə sitoxrom P450 (CYP) 1A2, CYP2A6,
CYP2B6, CYP2C8, CYP2C9, CYP2C19, CYP2D6, CYP3A4, nə də CYP1A2, CYP2Bl və ya CYP3A4
izofermentlərini inhibə etməmişdir. Buna görə də, dapaqliflozinin bu fermentlərlə
metabolizə uğrayan yanaşı qəbul ediləcək dərman vasitələrinin metabolik
klirensini dəyişdirməsi gözlənilmir.
Digər
preparatların dapaqliflozinə təsiri
Sağlam insanlarda əsasən
birdəfəlik dozadan istifadə etməklə aparılan qarşılıqlı təsir tədqiqatları
metformin, pioqlitazon, sitaqliptin, qlimepirid, voqliboza, hidroxlortiazid,
bumetanid, valsartan və ya simvastatinin dapaqliflozinin farmakokinetikasını
dəyişdirmədiyini göstərmişdir.
Dapaqliflozinin
rifampisinlə (müxtəlif aktiv transporterlərin və dərman metabolizə edən
fermentlərin induktoru) yanaşı istifadəsindən sonra dapaqliflozin sistem ekspozisiyasında
(AUC) 22% azalma müşahidə edilmiş, lakin 24 saat ərzində sidiklə qlükozanın
xaric edilməsinə klinik əhəmiyyətli təsir göstərməmişdir. Doza tənzimlənməsi
tövsiyə edilmir. Digər induktorlarla (məsələn, karbamazepin, fenitoin,
fenobarbital) klinik əhəmiyyətli təsiri gözlənilmir.
Dapaqliflozinin mefenam
turşusu (UGT1A9 inhibitoru) ilə yanaşı istifadəsindən sonra dapaqliflozinin
sistem təsirində 55% artım müşahidə edilmiş, lakin 24 saat ərzində sidiklə
qlükozanın xaric edilməsinə klinik əhəmiyyətli təsir göstərməmişdir. Dozanın
tənzimlənməsi tövsiyə edilmir.
Dapaqliflozinin
digər dərman vasitələrinə təsiri
Dapaqliflozin
böyrəklərlə litiumunun xaric olmasını artıra və qanda litiumun səviyyəsini
azalda bilər. Litiumun zərdabdakı konsentrasiyası dapaqliflozin istifadəsinə
başladıqdan və dozaya dəyişikliklər etdikdən sonra daha tez-tez izlənilməlidir.
Sağlam insanlar üzərində
aparılan qarşılıqlı təsir tədqiqatlarında, əsasən birdəfəlik dozadan istifadə
etməklə, dapaqliflozin metformin, pioqlitazon, sitaqliptin, qlimepirid, hidroxlortiazid,
bumetanid, valsartan, diqoksin (P-gp substratı) və ya varfarinin (S-varfarin,
CYP2C9 substratı) farmakokinetikasını və ya varfarinin BNN ilə ölçülən
antikoaqulyant təsirini dəyişməmişdir. Dapaqliflozinin 20 mq tək dozası +
simvastatin (CYP3A4 substratı) kombinasiyası simvastatinin AUC göstəricisinin
19% və simvastatin turşusunun AUC göstəricisinin isə 31% artması ilə nəticələnmişdir.
Simvastatin və simvastatin turşusunun ekspozisiyasının artması klinik
əhəmiyyətli hesab edilmir.
1,5-anhidroqlusitol
(1,5-AG) analizinə təsiri
1,5-AG analizi ilə qlikemik
nəzarətin monitorinqinin yanaşı aparılması tövsiyə edilmir, çünki SGLT2
inhibitorları qəbul edən xəstələrdə 1,5-AG təyini qlikemik nəzarəti
qiymətləndirmək üçün etibarsız hesab edilir. Qlikemik nəzarəti izləmək üçün
alternativ üsullardan istifadə etmək tövsiyə olunur.
Xüsusi populyasiyalar
Qarşılıqlı təsir
tədqiqatları aparılmamışdır.
Pediatrik
populyasiya
Qarşılıqlı təsir
tədqiqatları yalnız böyüklərdə aparılmışdır.
Uyuşmazlığı
Digər dərman vasitələri ilə bilinən bir uyuşmazlığı yoxdur.
Hamiləlik
və laktasiya dövründə istifadəsi
Ümumi
tövsiyə
Hamiləlik
kateqoriyası: C.
Uşaq
doğurma potensialı olan qadınlar/Kontrasepsiya
Dapaqliflozin
və estrogen/progesteron ehtiva edən kontraseptivlər arasında dərman qarşılıqlı
təsirinə dair xüsusi tədqiqatlar aparılmamışdır. Bununla belə, maddələr
mübadiləsi məlumatlarına əsaslanaraq, dapaqliflozinin estrogen/progesteron
ehtiva edən kontraseptivlərin farmakokinetikasına klinik əhəmiyyətli təsiri
gözlənilmir. Uşaq doğurma qabiliyyəti olan qadınlarda xüsusi ehtiyat tədbirləri
tələb olunmur.
Hamiləlik
Hamilə qadınlarda
dapaqliflozin istifadəsi ilə bağlı heç bir məlumat yoxdur. Siçovullarda
aparılan tədqiqatlar insan hamiləliyinin ikinci və üçüncü trimestrlərində inkişaf
etməkdə olan böyrəyə toksiki təsirinin olduğunu göstərmişdir. Buna görə də,
hamiləliyin ikinci və üçüncü trimestrlərində dapaqliflozin istifadəsi tövsiyə
edilmir.
Heyvanlar üzərində
aparılmış tədqiqatlarda reproduktiv toksikliyin olduğu müşahidə edilmişdir.
İnsanlarda potensial risk məlum deyil.
Hamiləlik müəyyən edilərsə,
dapaqliflozin ilə müalicə dayandırılmalıdır.
Laktasiya
Dapaqliflozin və/və ya onun
metabolitlərinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Heyvanlardan
əldə edilmiş farmakodinamik/toksikoloji məlumatlar dapaqliflozinin/metabolitlərin
südə ifraz olunduğunu, həmçinin süd verən analarda dərman vasitəsi ilə əlaqəli farmakoloji
təsirlərin baş verdiyini göstərmişdir. Yenidoğulmuşlar/körpələr üçün riski
istisna etmək olmaz. Dapaqliflozin laktasiya dövründə istifadə edilməməlidir.
Fertillik
İnsanlarda dapaqliflozinin
fertilliyə təsiri öyrənilməmişdir. Dişi və erkək siçovullarda dapaqliflozin
istənilən sınaq dozasında fertilliyə təsirinin olmadığını nümayiş etdirmişdir.
Nəqliyyat
vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Daflo dərman vasitəsinin
nəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə təsiri yoxdur
və ya əhəmiyyətsizdir. Dapaqliflozin sulfonilsidik cövhəri preparatları və ya
insulinlə kombinasiyada istifadə edilərkən, xəstələr hipoqlikemiya riski barədə
xəbərdar olmalıdır.
İstifadə qaydası və dozası
Dozalanması
Tip 2 şəkərli diabet
Tövsiyə olunan doza gündə
bir dəfə 10 mq təşkil edir.
Dapaqliflozin insulin və ya
sulfonilsidik cövhəri kimi insulin ifrazını stimulə edən preparatlarla birlikdə
istifadə edildikdə, hipoqlikemiya riskini azaltmaq üçün insulin və ya insulin
ifrazını stimulə edən preparatların daha aşağı dozasının istifadəsi nəzərdən
keçirilməlidir (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə
təsirləri” bölməsinə bax).
İstifadə qaydası
Dapaqliflozin tabletləri ağızdan,
gündə bir dəfə günün istənilən vaxtı qida qəbulundan aslı olmayaraq qəbul edilir.
Tabletləri bütöv şəkildə udmaq lazımdır.
Xüsusi populyasiyalar
Böyrək çatışmazlığı
GFR< 25 ml/dəq olan
pasiyentlərdə bütün istifadə göstərişlərində təcrübə məhdud olduğu üçün
dapaqliflozinin istifadəsi tövsiyə edilmir.
Diabetli xəstələrdə
glomerulyar filtrasiya sürəti (GFR) <45 ml/dəq olarsa, dapaqliflozinin
qlükoza azaldıcı effektivliyi azalır və ağır böyrək çatışmazlığı olan
xəstələrdə isə təsirinin olmadığı ehtimal edilir. Buna görə də, əgər eGFR 45
ml/dəq göstəricidən aşağı düşərsə, şəkərli diabeti olan xəstələrdə əlavə
qlükoza səviyyəsini azaldan müalicənin istifadəsi nəzərdən keçirilməlidir (Xüsusi
göstərişlər və ehtiyat tədbirləri”, “Əlavə təsirləri” bölməsinə bax).
Cədvəl 1. GFR
dəyərləri əsasında bütün istifadə göstərişlərində dozalanmasına dair tövsiyələr
|
eGFR (ml/dəq/
1,73 m2) |
Dozalanmaya dair tövsiyələr
|
|
eGFR ≥ 45 |
10 mq oral gündə 1 dəfə |
|
25 < eGFR < 45 |
10 mq oral gündə 1 dəfə Dapaqliflozinin qlükoza azaldıcı effekti azalır. |
|
eGFR < 25 |
Müalicənin təyin edilməsi tövsiyə olunmur. Dapaqliflozinin qlükoza azaldıcı effekti demək olar ki, yoxdur. |
Qaraciyər
çatışmazlığı
Yüngül və ya orta dərəcəli
qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə 5 mq başlanğıc doza tövsiyə olunur.
Orqanizm tərəfindən yaxşı mənimsənilərsə, doza 10 mq-a qədər artırıla bilər (“Xüsusi
göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Pediatrik
populyasiya
18 yaşdan kiçik uşaqlarda
dapaqliflozinin təhlükəsizliyi və effektivliyi sübut olunmamışdır. Məlumat
mövcud deyil.
Yaşlılar (≥ 65 yaş)
Dozanın yaşa görə
tənzimlənməsi tövsiyə edilmir.
Əlavə
təsirləri
Təhlükəsizlik profilinin xülasəsi
Tip 2 şəkərli
diabet
Klinik
tədqiqatlarda tip 2 şəkərli diabeti olan 15000-dən çox xəstə dapaqliflozinlə
müalicə olunmuşdur.
Təhlükəsizliyin
və dözümlülüyün ilkin qiymətləndirilməsi plasebo ilə müalicə olunan 2295
pasiyent və 10 mq dapaqliflozin ilə müalicə olunan 2360 xəstə üzərində aparılan
13 qısamüddətli (24 həftəyə qədər), plasebo-nəzarətli tədqiqatın əvvəlcədən
müəyyən edilmiş ümumiləşdirilmiş təhlilində aparılmışdır.
Tip 2
şəkərli diabet zamanı dapaqliflozin
istifadəsinin kardiovaskulyar sistemə təsirinin öyrənilməsi ilə bağlı aparılmış
tədqiqatda (DECLARE tədqiqatı) 48 aylıq orta ekspozisiya müddəti ərzində 8574
xəstə 10 mq dapaqliflozin və 8569 xəstə plasebo qəbul etmişdir. Ümumilikdə
dapaqliflozinin təsirinə məruzqalma 30,623 xəstə-ili olmuşdur.
Klinik
tədqiqatlar zamanı ən çox bildirilən əlavə təsirlər genital infeksiyalar
olmuşdur.
Ürək çatışmazlığı
Azalmış
atma fraksiyası + ürək çatışmazlığı olan xəstələrdə dapaqliflozinin ürək-damar
sisteminə təsirinə dair aparılmış tədqiqatda (DAPA-HF tədqiqatı) 18 aylıq orta
ekspozisiya müddətində 2368 xəstə 10 mq dapaqliflozin və 2368 xəstə plasebo ilə
müalicə edilmişdir. Xəstə populyasiyasına tip 2 şəkərli diabet olan və diabeti
olmayan xəstələr və eGFR ≥ 30 ml/dəq/1,73 m2 olan xəstələr daxil
edilmişdir.
Ürək
çatışmazlığı olan xəstələrdə dapaqliflozinin ümumi təhlükəsizlik profili
dapaqliflozinin məlum təhlükəsizlik profilinə uyğun olmuşdur.
Xroniki
böyrək xəstəliyi
27 aylıq
orta məruz qalma müddəti ərzində xroniki böyrək xəstəliyi olan 2149 xəstə 10 mq
dapaqliflozin və 2149 xəstə isə plasebo ilə müalicə edilmişdir. Xəstə
populyasiyasına tip 2 şəkərli diabeti olan və diabeti olmayan, eGFR ≥ 25 - ≤ 75
ml/dəq/1,73 m2 və albuminuriya (sidikdə albumin kreatinin nisbəti
[UACR] ≥ 200 və ≤ 5000 mq/q) olan xəstələr daxil edilmişdir. eGFR 25
ml/dəq/1,73 m2 göstəricidən aşağı düşdüyü hallarda müalicəyə davam edilmişdir.
Xroniki
böyrək xəstəlikləri olan pasiyentlərdə dapaqliflozinin ümumi təhlükəsizlik
profili dapaqliflozinin məlum təhlükəsizlik profilinə uyğun olmuşdur.
Aşağıdakı
əlavə təsirlər plasebo-nəzarətli klinik tədqiqatlar və postmarketinq müşahidə
zamanı müəyyən edilmişdir. Bu əlavə təsirlərin doza ilə əlaqəli olmadığı aşkar
edilmişdir. Aşağıda sadalanan əlavə təsirlər başvermə tezliyinə və sistem orqan
sinfinə (SOC) görə təsnif edilmişdir. Tezlik kateqoriyaları aşağıdakı
konvensiyaya uyğun olaraq müəyyən edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥
1/100 - < 1/10), bəzən (≥ 1/1000 - < 1/100), nadir (≥ 1/) 10000 - <
1/1000), çox nadir (< 1/10000) və məlum deyil (mövcud məlumatlara əsasən
qiymətləndirmək mümkün deyil).
Plasebo
nəzarətli tədqiqatlardana və postmarketinq təcrübədən əldə edilmiş
əlavə təsirlər
İnfeksiya
və invaziyalar
Tez-tez*: vulvovaginit, balanit və əlaqəli genital
infeksiyalar*,b,c, sidik yollarının infeksiyası*,b,d
Bəzən**:
göbələk infeksiyası
Çox nadir:
aralığın (perineum) nekrozlaşdırıcı fassiti (Furnye qanqrenası)b,i
Metabolizm
və qidalanmada baş verən pozğunluqlar
Çox
tez-tez: hipoqlikemiya (insulin və ya SU ilə istifadə olunduqda
Bəzən**:
həcmin tükənməsi b, e, susuzluq**
Nadir: diabetik
ketoasidoz (Tip 2 şəkərli diabetdə istifadə olunduqda) b,i,k
Sinir
sistemində baş verən pozğunluqlar
Tez-tez*: başgicəllənmə daxil olmaqla, yuxululuq
Mədə- bağırsaq traktında baş
verən pozğunluqlar
Bəzən**:
qəbizlik**, ağızda quruluq**
Dəri və
dərialtı toxumada baş verən pozğunluqlar
Tez-tez*: səpgij
Çox nadir:
angioödem
Skelet
əzələ aparatında və birləşdirici toxumada baş
verən pozğunluqlar
Tez-tez*: beldə ağrı*
Böyrəklərdə
və sidik yollarında baş verən pozğunluqlar
Tez-tez*: dizuriya, poliuriya*,f
Bəzən**:
nokturiya**
Çox nadir:
tubulointerstisial nefrit
Reproduktiv
sistem və süd vəzində baş verən pozğunluqlar
Bəzən**:
vulvovaginal qaşınma**, genital qaşınma**
Araşdırmalar
Tez-tez*: dislipidemiyah, hematokrit
ədədinin artmasıg, ilkin müalicə zamanı kreatinin böyrək klirensinin
azalmasıb
Bəzən**:
ilkin müalicə zamanı qanda kreatinin yüksəlməsi**,b, qanda sidik
cövhəri konsentrasiyasının yüksəlməsi**, çəkinin azalması**
a. Qlikemik vəziyyətdən
çıxmasından asılı olmayaraq 24 həftəlik (qısamüddətli) məlumatları əks etdirir.
b. Əlavə məlumat üçün aşağıdakı
müvafiq yarım bölməyə baxın.
c. Vulvovaginit, balanit və
əlaqəli genital infeksiyalar, əvvəlcədən müəyyən edilmiş üstünlük verilən
terminlər: vulvovaginal göbələk infeksiyası, vaginal infeksiya, balanit,
genital göbələk infeksiyası, vulvovaginal kandidoz, vulvovaginit, balanit
kandidoz, genital kandidoz, genital infeksiya, kişi cinsiyyət orqanlarının
infeksiyası, penis infeksiyası, vulvit, bakterial vaginit, vulva absesi.
d. Sidik yollarının
infeksiyasına bildirilmiş tezlik sırası ilə verilmiş aşağıdakı terminlər
daxildir: sidik yollarının infeksiyası, sistit, sidik yollarının Escherichia etiologiyalı infeksiyası,
sidik-cinsiyyət yollarının infeksiyası, pielonefrit, triqonit, uretrit, böyrək
infeksiyası və prostatit.
e. Həcmin tükənməsi, əvvəlcədən
müəyyən edilmiş üstünlük verilən terminlər: dehidratasiya, hipovolemiya,
hipotenziya.
f. Poliuriyaya daxil edilmiş
üstünlük verilən terminlər: pollakiuriya, poliuriya, sidik ifrazının artması.
g. Hematokritdə başlanğıc
göstəricidən ortalama dəyişikliklər 10 mq dapaqliflozin istifadəsində 2,30%,
plasebo istifadəsində isə 0,33% təşkil etmişdir. Plasebo qəbul edənlərin 0,4%-i
ilə müqayisədə 10 mq dapaqliflozin qəbul edən xəstələrin 1,3%-də hematokrit dəyəri >55% olmuşdur.
h. 10 mq dapaqliflozinin
istifadəsi zamanı plasebo ilə müqayisədə ilkin göstəricidən ortalama faiz
dəyişməsi müvafiq olaraq belə olmuşdur: ümumi xolesterin 0,0% və 2,5% və YSL
xolesterin 2,7% və 6,0%, ASL xolesterin
– 1,0% və 2,9%; triqliseridlər –
0,7% -və – 2,7%.
i. “Xüsusi göstərişlər və
ehtiyat tədbirləri” bölməsinə bax.
j. Əlavə təsir postmarketinq
təcrübədə müəyyən edilmişdir. Səpgilərə klinik tədqiqatlarda tezlik sırasına
görə verilmiş aşağıdakı terminlər daxildir: səpgi, ümumiləşdirilmiş səpgi,
qaşınma, makulyoz səpgi, makulo-papulyoz səpgi, pustulyoz səpgi, vezikulyar səpgi
və eritematoz səpgi. Aktiv və plasebo nəzarətli klinik tədqiqatlarda
(dapaqliflozin, N=5936, bütün nəzarət, N=3403) dapaqliflozin (1,4%) və bütün
nəzarət (1,4%) qolunda səpgilərin başvermə tezliyi oxşar olmuşdur.
k. Tip 2 şəkərli diabet
xəstələrində ürək-damar nəticələrinə dair aparılmış tədqiqatda bildirilmişdir
(DECLARE). Tezlik illik göstəriciyə əsaslanır.
*Plasebo
ilə müqayisədə 10 mq dapaqliflozin qəbul edən xəstələrin ≥ 2% və ≥ 1% daha çox
və ən azı 3 nəfərdən çox subyektdə bildirilmişdir.
**Tədqiqatçı
tərəfindən tədqiqat müalicəsi ilə əlaqəli olduğu ehtimal edilən, mümkün
olan və ya tədqiqatla əlaqəli müalicə
kimi plasebo ilə müqayisədə dapaqliflozin 10 mq qəbul etmiş ≥ 0,2% və ≥ 0,1%
daha çox və ən azı üç nəfərdən çox subyektdə bildirilmişdir.
Seçilmiş əlavə təsirlərin təsviri
Vulvovaginit, balanit və əlaqəli genital infeksiyalar
13
tədqiqatdan toplanmış təhlükəsizlik profilində, 10 mq dapaqliflozin və plasebo
qəbul edən xəstələrin müvafiq olaraq 5,5% və 0,6%-də vulvovaginit, balanit və
əlaqəli genital infeksiyalar bildirilmişdir. Əksər infeksiyalar yüngül və orta
ağırlıqlı olmuş və standart müalicənin ilkin kursuna cavab vermişdir, nadir
hallarda dapaqliflozinlə müalicənin dayandırılması ilə nəticələnmişdir. Bu
infeksiyalar qadınlarda daha tez-tez bildirilmiş (dapaqliflozin və plasebo
qolunda müvafiq olaraq 8,4% və 1,2%) və əvvəllər anamnezində qeyd olunan
infeksiyalar olmuş pasiyentlərdə təkrar yoluxma ehtimalı daha yüksək olmuşdur.
DECLARE
tədqiqatında ciddi genital infeksiyalar müşahidə edilmiş xəstələrin sayı az
olmuş və balanslaşdırılmışdır: dapaqliflozin və plasebo qruplarının hər birində
2 xəstə.
Tədqiqatda
dapaqliflozin qrupunda və plasebo qrupunda heç bir xəstədə ciddi genital
infeksiyalar bildirməmişdir. Dapaqliflozin qrupunda genital infeksiyalar
səbəbindən 7 (0,3%) xəstədə müalicə dayandırılmışdır, plasebo qrupunda isə bu
hal müşahidə edilməmişdir.
Başqa bir
tədqiqatda dapaqliflozin qrupunda 3 (0,1%) xəstədə ciddi genital infeksiya
müəyyən edilmişdir, plasebo qrupunda isə heç bir xəstədə bu hal müşahidə
edilməmişdir. Dapaqliflozin qrupunda 3 (0,1%) xəstədə genital infeksiyalar
səbəbindən müalicə dayandırılmışdır, plasebo qrupunda isə bu hal müşahidə
edilməmişdir. Diabeti olmayan xəstələrdə ciddi genital infeksiyalar və ya
genital infeksiyalar səbəbindən preparatın dayandırılmasına səbəb olan əlavə
təsirlər bildirilməmişdir.
Aralığın (perineum) nekrozlaşdırıcı fassiiti (Furnye qanqrenası)
SGLT2
inhibitorları həmçinin dapaqliflozin qəbul edən xəstələrdə postmarketinq dövrdə
Furnye qanqrenası bildirilmişdir.
17160 tip
2 şəkərli diabet xəstəsi üzərində aparılmış, orta ekspozisiya müddəti 48 ay
olan DECLARE tədqiqatında dapaqliflozinlə müalicə olunan qrupda bir və plasebo qrupunda
5 olmaqla cəmi 6 Furnye qanqrenası hadisəsi bildirilmişdir.
Hipoqlikemiya
Hipoqlikemiyanın
rastgəlinmə tezliyi klinik tədqiqatlarda şəkərli diabetli pasiyentlərdə
istifadə olunan fon terapiyasının növündən asılı olmuşdur.
Dapaqliflozinin monoterapiya şəklində, metforminə və ya sitaqliptinə əlavə kimi (metforminlə və ya onsuz) istifadəsi zamanı hipoqlikemiyanın kiçik epizodlarının başvermə tezliyi plasebo daxil olmaqla,
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq dapaqliflozin vardır.
Köməkçi
maddələr:mikrokristallik sellüloza PH 105, susuz laktoza
(mal-qara südündən əldə
edilmiş), kroskarmelloza
natrium, mikrokristallik sellüloza, PH 200 LM, natrium
stearilfumarat.
Örtük:
sarı opadri® II 85F220219: qismən hidrolizəedilmiş polivinil spirti,
titan dioksid,
makroqol/PEG, talk, sarı dəmir oksid.
Farmakoterapevtik qrup
Diabetin müalicəsində istifadə olunan preparatlar, natrium-qlükoza kotransporter 2 (SGLT2)
inhibitorları.
ATC kod: A10BK01.
Farmakoloji xüsusiyyətləri
Təsir
mexanizmi
Dapaqliflozin
SGLT2-nin çox güclü (Ki: 0,55 nM), seçici və geridönən
inhibitorudur.
SGLT2-in
dapaqliflozin tərəfindən inhibisiyası proksimal böyrək borucuğunda glomeruylar
filtratdan qlükozanın reabsorbsiyasını azaldır, yanaşı olaraq natrium
reabsorbsiyasını azaltmaqla, qlükozanın sidiklə xaric olmasına və osmotik
diurezə səbəb olur. Buna görə dapaqliflozin natriumun distal boruya transportunu
artırır, beləliklə kanalcıq-glomerulyar əks əlaqə artır
və yumaqcıqdaxili təzyiq azalır. Bu kombinasiya, osmotik diurezlə birlikdə dövr
edən qan həcminin həddindən artıq yüklənməsinin azalması, arterial təzyiqin
azalması və kardioloji remodəlləşdirilməyə faydalı təsir göstərə biləcək daha aşağı
əvvəlki və sonrakı yüklənmə ilə nəticələnir. Digər təsirlərə hematokritin
artması və bədən çəkisinin azalması daxildir. Dapaqliflozinin qanda qlükoza
azaldıcı təsirindən başqa kardioloji faydaları vardır və bu təsirlər DAPA-HF
tədqiqatlarında göstərildiyi kimi, diabetli xəstələrlə məhdudlaşmır.
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
ReplyMəhsul toplam (0)
0 ₼
Endirim
0 ₼
Çatdırılma
0 ₼
0 ₼
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply