İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- D vitamini defisitinin və ya çatışmamazlığının müalicəsi üçün, mədə-bağırsaq traktında malabsorbsiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası və müalicəsi;
- Raxit;
- Sümüklərdə mineralların azalması ilə müşayiət olunan Osteomalyasiya;
- Sümük toxumasının həcminin azalması ilə müşayiət olunan Osteoporoz;
- Sümüklərin həcminin azalması nəticəsində daha çox sınma təhlükəsi olan hallarda dəstəkləyici müalicə kimi;
- Hiperparatireozun müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR:
D3 vitamininə və ya D-KOLEROL FORT-un digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, yüksək qan təzyiqi, ateroskleroz, ağ ciyər vərəmi, D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi, kalsiumlu böyrək daşları, böyrək çatışmazlığı.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
D-KOLEROL FORT-u həkimin tövsiyəsinə uyğun qəbul edin. Şübhəli hallar olarsa, məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. 1 ml D-KOLEROL FORT 25 damcıdır.
D vitaminin defisitinin və ya çatışmazlığının müalicəsi üçün: gündə 1-6 damcı;
Körpə və uşaqlarda: 1 yaşdan aşağı, gündə 5 damcı; 1 yaşdan yuxarı, gündə 10 damcı;
Raxit xəstəliyinin müalicəsi: gündə 1 damcı;
Osteoporozun kompleks müalicəsində: gündə 1 damcı;
İkincili hiperparatireoz: gündə 2-5 damcı.
D-KOLEROL FORT gündə 1 dəfə daxilə qəbul edilir.
ƏLAVƏ TƏSİRLƏRİ:
- psixi pozulmalar, şüurun pozulması;
- qeyri-müntəzəm ürəkdöyünmə;
- ürəkbulanma, iştahınitməsi;
- sidiyin miqdarının artması;
- qaşınma, səpgi.
DOZA HƏDDİNİN AŞILMASI:
Əlamətləri: yorğunluq, psixikanın pozulması, iştahın azalması, ürəkbulanma, qusma, poliuriya, böyrək funksiyasının pozulması, böyrəklərdə daşıların əmələ gəlməsi.
Rəylər (0)