İstifadəsinə göstərişlər:
D vitamini çatışmazlığının müalicəsi və profilaktikasında;
Əks göstərişləri:
- D vitamini və ya preparatın hər hansı bir komponentinə qarşı həssaslığın artması
- Nefrokalsinoz və/və ya böyrək daşları olanlar
- Ağır böyrək çatışmazlığı
- Hiperkalsiemiya və/və ya hiperkalsiuriya
- Vitamin D hipervitaminozunda
- Kalsiuma yüksək həssaslıq
- Williams sindromunda
- Antikoaqulyant preparatlar ilə müalicə alan xəstələr
- Ağır hipertoniya, ateroskleroz və aktiv ağciyər vərəmində, yüksək dozada uzun müddət istifadəsi əks göstərişdir.
- Tərkibində D vitamini olduğu üçün böyrək çatışmazlığı olan xəstələrdə kalsiumla birlikdə istifadə edilməməlidir.
- D-KOLEROL D3K2 yumşaq kapsullarını uda bilməyəcəkləri üçün / və ya boğulma ehtimalı səbəbindən 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
İstifadə qaydası və dozası:
D-KOLEROL D3K2, su ilə qəbul edilir.Kapsulu bütövlükdə su ilə, yeməkdən sonra qəbul edilməsi körpələr və 12 yaşından aşağı uşaqlar üçün istifadəsi uyğun deyildir.
Uşaqlarda;
12-18 yaşlı uşaqlar üçün D vitamini çatışmazlığının prfilaktikası zamanı: həftədə 1 kapsul D-KOLEROL D3K2 qəbulu gündəlik 400-800 BV doza qəbula bərabərdir.
12-18 yaşlı uşaqlar üçün D vitamini çatışmazlığının prfilaktikası zamanı: həftədə 1 kapsul D-KOLEROL D3K2 qəbulu gündəlik 3000-5000 BV doza qəbula bərabərdir.
Böyüklər üçün;
D vitamini çatışmazlığının profilaktikası zamanı: 1-2 kapsul D-KOLEROL D3K2 qəbul edilməlidir.
D vitamini çatışmazlığının müalicəsi zamanı: gündə 2 kapsul D-KOLEROL D3K2 qəbul edilməlidir.
Rəylər (0)