İstifadəsinə göstərişlər:
Aşağıdakı hallarda hormonal balansı tənzimləyərək təsir göstərir:
Premenstrual sindromun, o cümlədən premenstrual gərginliyin və depressiyanın müalicəsi.
Doğuşdan sonrakı depressiyanın müalicəsi.
Əks göstərişlər:
Progestorona və ya bu dərmanın digər tərkib hissələrinin hər hansı birinə qarşı yüksək həssaslıq.
Həkim tərəfindən qiymətləndirilməmiş qeyri-adi vaginal qanaxma.
Hormon həssaslığı olan məlum və ya şübhəli həssas bədxassəli şişlər.
Porfiriya,
Ağır qaraciyər disfunksiyası və ya xəstəliyi.
Məlum abort və ya ektopik hamiləlik.
Aktiv arterial və venoz tromboembolizm, ağır tromboflebit, anamnezdə bu xəstəliklərin olması.
İstifadə qaydası və dozası:
Doza gündə bir olmaqla 200 mq və ya gündə iki dəfə olmaqla 400 mq, vaginal və ya rektal yol ilə.
Dozanın qəfil dayandırılması artan narahatlığa, əhval-ruhiyyənin dəyişilməsinə və tutmalara meyilliliyin artmasına səbəb ola bilər.
Rəylər (0)