İstifadəsinə göstərişlər:
Övrə, anqionevrotik ödem, allergik rinitlər, qidaya və dərman vasitələrinə allergik reaksiyalar, allergik kontakt dermatitlər, atopik dermatitlər, allergik konyuktivitlər.
Əks göstərişləri:
Hər hansı komponentinə qarşı yüksək həssaslıq.Betametazonun qəbulu sistem göbələk infeksiyalarında əks göstərişdir.
İstifadə qaydası və dozası:
12 yaş uşaqlarda və böyüklərdə KORTİKAS L UD yeməkdən sonra 1 tablet gündə 1 dəfə daxilə qəbul edilir. Əgər preparatın dozasını azaltmaq, qəbulunu dayandırmaq və ya alternativ dərman vasitəsi ilə dəyişmək zərurəti yaranarsa, bunu tədricən və həkimin nəzarəti ilə etmək tövsiyə edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
İnsanlarda hamiləlik və laktasiya zamanı KORTİKAS L UD- ün təyininə dair yetərli və ciddi araşdırmalar aparılmamışdır. Hamiləlik və laktasiya zamanı KORTİKAS L UD - ün qəbuluna ehtiyac duyularsa, ana üçün gözlənilən müalicəvi təsir, döl və ya südəmər uşağa olan potensial risk ciddi şəkildə araşdırılmalıdır.
KORTİKAS L UD südlə xaric edilir. laktasiya zamanı KARTİKAS L UD - ün südəmər uşağa təsiri müəyyənləşdirilməyib. Buna görə də yaxşı olar ki, ana südü ilə qidalandırma müvəqqəti olaraq dayandırılsın.
Rəylər (0)