İstifadəsinə göstərişlər:
- Periferik arteriyaların okklüziv xəstəliyi.
- Qeyri-stabil stenokardiya və ya miokard infarktı.
- Klopasin damar pretezi implantasiyasından sonra trombozun qarşısını almaq üçün asetilsalisil turşusu ilə birlikdə istifadə olunur.
Əks göstərişlər:
- bu preparata qarşı hiperhəssaslıq və ya əvvəllər tiklopidin və ya prasuqrel adlı maddələrə allergik reaksiya;
- daxili qanaxma meyilliyi artıran qan laxtalanmasının pozğunluğu.
İstifadə qaydası və dozası:
Tablet çeynənmədən, yemək qəbulundan asılı olmayaraq bir az su ilə udulmalıdır.
Böyüklər
Həkim tərəfindən başqa göstəriş olmadıqda, gündə 1 tablet Kolpasin 75 mq qəbul edilməlidir.
Uşaqlar
18 yaşdan kiçik uşaqlarda və ya yeniyetmələrdə Kolpasin preparatının istifadəsinin effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir.
Doza həddinin aşılması:
Kolpasin preparatının dozasın artıq qəbul etdikdə, dərhal həkimə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.
Əlavə təsirləri:
Tez-tez: qanaxma, həzm pozğunluğu, abdominal ağrı, ishal, kiçik qançırlar.
Bəzən: mədə və ya bağırsaq xoraları və qanaxma, epistaksis, qançırlar, sidikdə qan, gözlərdə, ağciyərlərdə, əzələlərdə, oynaqlarda və beyində qanaxma.
Rəylər (0)