Təyinatı:
Qatırquyruğu sidikqovucu kimi ağciyər-ürək mənşəli ödemlərdə təyin edilir.Eləcə də aterosklerozda, böyrək və sidik yollarının xəstəliklərində, qurğuşun olunur. Uşaqlıq və hemorroidal qanaxmalarda qankəsici kimi tətbiq edilir. Qatırquyruğunun nefrit və nevrozlarda tətbiqi əks göstərişdir.
İstifadə qaydası:
İki xörək qaşığı xammalın üzərinə 200ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, soyudulur, süzülür. Gündə iki dəfə günün birinci yarısı, hər dəfə 1\2 stəkan yeməkdən 1 saat sonra qəbul edilir.
Çöl qatırquyruğu otunun tərkibində əsas təsir edən maddə silisium turşularıdır ki, onlar həll olaraq sidikdə müdafiə kolloidləri əmələ gətirir və mineralların kristallaşmasına mane olur. Eləcə də, orqanizimdə ağır metalların xaric olmasını sürətləndirir, sidik ifrazını artırır, lyüteolin isə dezinfeksiyaedici və iltihabəleyhinə təsirə malikdir.
Rəylər (0)