İstifadəsinə göstəriş:
Cökə çiçəyi iltihabi xəstəliklərdə tərqovucu, qızdırmasalıcı vasitə kimi, yeniyetmələrdə yüksək sinir oyanıqlığı zamanı sakitləşdirici kimi ( daxilə), anginalarda isə iltihabəleyhinə və mikrobəleyhinə vasitə kimi ( qarqara şəklində) tətbiq edilir.
İstifadə qaydası:
İki xörək qaşığı xammalın üzərinə 200ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür. Dəmləmə ilıq şəkildə yatmazdan qabaq 2 stəkan qəbul edilir və ya qarqara edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.
Cökə çiçəyinin tərkibinə saponinlər, flavonoidlər, efir yağları, aşı maddələr, selik və s. daxildir.
Rəylər (0)