İstifadəsinə göstərişlər:
Coba 1000, B12 vitamini çatışmazlığı zamanı yaranan hematoloji, nevroloji və digər simptomların müalicəsində göstərilir, o cümlədən:
-B12 çatışmazlığı;
-B12 vitaminin malasorbiyası, məsələn, daxili faktorun olmaması, mədə rezeksiyası və ya nazik bağırsağın xəstəliyi zamanı.
O, həmçinin B12 rezorbsiyasının pozulmasına səbəb olan para-aminosalisil turşusu ilə müalicə zamanı da istifadə olunur.
Əks göstərişlər:
Siankobalaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Pozologiya
Remissiya müalicəsi
Ümumiyyətlə, tam remissiyaya qədər gündə 2 dəfə 2 tablet.Bundan sonra dəstəkləyici müalicə/profilaktika: adətən gündə 1 tablet.
Neyropatiya şübhəsi olduqda, parenteral müalicə üsulundan istifadə edilməlidir.
Rəylər (0)