İstifadəsinə göstərişlər:
Kəskin koronor sindrom
- Kardiovaskulyar ölüm, miokard infarktı və ya insult hallarının azaldılması və ya perkutan koronar müdaxilə və ya koronar arteriya şuntlama əməliyyatı daxil olmaqla kəskin koronar sindromu olan pasiyentlərdə kardiovaskulyar ölüm, miokard infarktı, insult və ya refrakter işemiyanın dərəcəsinin azaldılması.
Əks göstərişlər:
Preparatın təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həsssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər və yaşlılar
Miokard infarktı, insult və ya periferik arterial xəstəliyi olan pasiyentlərdə Klosprin preparatı gündəlik birdəfəlik doza şəklində istifadə edilməlidir.
Əgər doza qəbulu unudularsa:
Müntəzəm olaraq qəbul edildiyi vaxtdan sonra 12 saatdan az müddətdə: pasiyentlər dərhal dozanı qəbul etməli və sonra növbəti dozanı təyin olunmuş vaxtda qəbul etməli və unudulmuş dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməməlidirlər.
Doza həddinin aşılması:
Klosprin preparatı ilə doza həddinin aşılmasına dair məlumatlar mövcud deyil.
Əlavə təsirləri:
Qan və limfa sistemi pozğunluqları
Çox nadir hallarda: aqranulositoz, aplastik anemiya/panistopeniya, trombotik trombositopenik purpura.
Bəzən: leykopeniya, eozinofiliya, trombositopeniya.
Nadir hallarda: neytropeniya.
Rəylər (0)