İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Xaricə istifadə edilir.
Böyüklər
Klodifen-VM preparatını ehtiyatla hopdurmaq lazımdır. İstifadə edilən nahiyənin ölçüsündən asılı olaraq, 0,4-0,8q (təqribən 400-800 sm2 bir nahiyənin müalicəsi üçün kifayətdir) gel gündə 2-4 dəfə istifadə edilir. Preparat sürtüldükdən sonra əllər müalicə nahiyəsi olmadığı halda onları yumaq vacibdir.
Müalicə təqribən 7 gündən sonra nəzərdən keçirilməlidir. 3 gündən sonra pasiyentin vəziyyəti yaxşılaşmaya doğru getmədiyi halda həkimə məlumat vermək lazımdır.
Həkim tərəfindən ferqli istifadə tövsiyə edilmədikdə, yumuşaq toxumanın zədələnmələrində və revmatizmdə 14 gün və artrit ağrılarında 21 gündən artıq istifadə edilməməlidir.
Yaşlı pasiyentlər
Əlavə təsirlərin yaranmasına məruz qalan yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Təhlükəsizliyin klinik nəzarətinə müvafiq kiçik dozalarda istifadə etmək lazımdır.
Uşaqlar və 14 yaşa qədər yeniyetmələr
Uşaqlarda və 14 yaşa qədər yeniyetmələrdə istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmaması ilə əlaqədər bu kateqoriyadan olan pasiyentlərdə istifadəsi məsləhət görülmür.
İstifadəsinə göstərişlər
Aşağıdakı hallar zamanı ağrının və iltihabın yerli simptomatik yüngülləşməsi:
- vətərələrin, bağların, əzələlərin və oynaqların travması, məsələn, dartılma və əzilmə zamanı;
- yumuşaq toxumaların revmatizminin lokalizasiylalı formaları.
Əks göstərişlər
-Preparatın istənilən komponentinə və asetilsalisi turşusuna qarşı yüksək həssaslıq;
-astma tutması, angioödem, övrə və kəskin rinitli olan pasiyentlər;
-hamiləliyin üçüncü trimeristi;
-14 yaşa qədər uşaqlar.
Rəylər (0)