İstifadəsinə göstərişlər:
- yuxarı tənəffüs yollarının infeksiyaları, məsələn, faringit, tonzillit
- aşağı tənəffüs yollarının infeksiyaları
- dərinin və yumşaq toxumaların həssas mikroorqanizmlər tərəfindən törədilmiş müxtəlif fəsadlaşmış infeksiyaları
Əks göstərişlər:
Sizdə klaritromisinə, eritromisinə və ya makrolid qrupu antibiotiklərinə, həmçinin
KLAMİSİN-in digər komponentlərindən hər hansı birinə qarşı allergiya ( yüksək həssaslıq
) varsa,
Siz aşağdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə: astemizol ( ot
qızdırması və ya allergiya zamanı istifadə edilir ), sizaprid ( mədə xəstəlikləri
zamanı istifadə olunur ), pimozid ( bəzi psixiatrik xəstəliklərin müalicəsi
üçün istifadə edilir ), terfenadin ( ot qızdırması və ya allergiya zamanı
istifadə edilir ) erqotamin ( miqren zamanı istifadə edilir ), dihidroerqotamin
( miqren zamanı istifadə edilir ), lovastatin və ya simvastin ( xolesterinin səviyyəsinin
yüksək olduğu zaman istifadə olunur ).
Siz böyrək və ya qaraciyər xəstəliyinin mövcüd olduğu halda kolxsin (
podaqranın, ailəvi Aralıq dənizi qızdırması və Behçet sindromunun müalicəsi
üçün istifadə olunan dərman ) istifadə edirsinizsə,
Oral istifadə üçün midazolam ( sedativ dərman ) tərkibli dərman istifadə
edirsinizsə,
Anamnezinizdə QT intervalının uzanması ( kardioqramda deyişiklik ) və ya
ürək ritminin pozulması varsa ( o, QT intervalının uzanma sindromuna/torsades
de pointes-ə səbəb ola bilər ),
Sizdə nefrozla yanaşı ağır qaraciyər çatışmazlığı varsa,
Əgər sizdə hipokaliyemiya ( qanda kaliumun səviyyəsinin aşağı olması ) və ya ürək
aritmiyası ( ürəkdöyünmə ) varsa.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Həkiminiz Sizə KLAMİSİN-lə müalicəni nə qədər davam etdirməli olduğunuzu və
hansı dozada neçə tablet qəbul etməli olduğunuzu deyəcəkdir. Həmişə həkiminizin
tövsiyyələrinə tam riayət edin.
Əgər KLAMİSİN-i necə istifadə edəcəyinizə əmin deyilsinizsə, lütfən həkiminizlə
məsləhətləşin.
KLAMİSİN-in böyüklər üçün tövsiyyə edilmiş ümumi dozası, 6-14 gün və ya 7-14
gün müddətində gündə 2 dəfə ( 12 saatdan bir ) 250 və ya 500 mq təşkil edir.
Mikobakterial infeksiyaların müalicə müddəti uzundur ( 3-4 həftə və ya daha
uzun ) və daha ağır hallarda doza gündə 1000 mq-a qədər artırıla bilər. Sizin həkiminiz
sizin infeksiyanızın xarakteristikasına müvafiq olaraq neçə gün müddətində gündə
neçə dəfə hansı dozanı qəbul etməli olduğunuzu deyəcəkdir.
Rəylər (0)