İstifadəsinə göstərişlər:
Kəskin və xroniki rinosinusit.
Əks göstərişlər:
Preparatın tərkibinə daxil olan təsiredici komponentlərdən və ya mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərdən hər hansı birinə qarşı yüksək həssaslıq qeyd olunduğu hallarda.
İstifadə qaydası və dozası:
Böyüklər
Kəskin vəziyyətlərdə - yaxşılaşma baş verənə qədər, 1 saatlıq intervalla 1 tablet istifadə etmək lazımdır. davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1-2 tablet istifadə edilməlidir.
Uşaqlar
2 yaşdan 5 yaşa qədər uşaqlar
Kəskin vəziyyətlərdə - yaxşılaşma baş verənə qədər, gündə 3 dəfə 1 tablet istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 tablet istifadə edilməlidir.
Doza həddinin aşılması:
Doza həddinin aşılması halları müəyyən edilməmişdir.
Əlavə təsirlər:
Sinnabsin A preparatının istifadəsindən sonra hiperhəssaslıq reaksiyalar, məsələn, dəri üzərində səpgilər, qaşınma, nadir hallarda üzün ödemi, başgicəllənməsi, arterial təzyiqin enməsi və mədə-bağırsaq pozğunluqları meydana çıxa bilər.
Rəylər (0)