İstifadəsinə göstərişlər:
Növbəli axşamın müalicəsi.
Növbəli axşama - gəzən zaman ayaqlarda ağrı kimi spazmdır və ayaqların qanla kifayət qədər təhciz edilməməsindən qaynaqlanır. Silozamed ayaqlarda qan dövranını yaxşılaşdırdığından ağrısız gedilə bilən məsafəni artıra bilər.
Əks göstərişlər:
Ürək çatışmazlığı.
Sakitlik vəziyyətində sinədə daimi ağrılar və ya son altı ay müddətində "ürək tutması" və ya ürəkdə hər hansı əməliyyatın aparılması.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza gündə iki dəfə 100 mq-dır. Yaşlı insanlar üçün bu dozanın dəyişdirilməsinə ehtiyac yoxdur.
Doza həddinin aşılması:
Hər hansı bir səbəbdən lazım olduğundan daha çox Silozamed tableti qəbul etmisinizsə, güclü baş ağrısı, ishal, qan təzyiqinin düşməsi və qeyri müntəzəm ürək döyüntüsü kimi əlamətlər və simptomlar meydana çıxa bilər.
Əlavə təsirləri:
İnsult
ürək tutması
təngnəfəsliyə və ya topuqlarda şişkinliyin yaranmasına səbəb ola biləcək ürək problemləri
nəzərəçarpan qanaxma
asanlıqla göyərmənin baş verməsi.
Rəylər (0)