İstifadəsinə göstərişlər:
Silostazol fasiləli axsaqlığın simptomatik müalicəsi üçün istifadə olunur.
Sakitlik halında ağrı və periferik toxumaların nekrozu olmayan fasiləli axsaması olan xəstələrdə maksimal və ağrısız yerişin yaxşılaşdırılması üçün.
Həyat tərzini dəyişən xəstələrdə fasiləli axsama simptomlarının aaradan qalxmadığı hallarda ikinci sıra preparat kimi təyin olunur.
Əks göstərişlər:
Ağır böyrək çatışmazlığı
Orta və ağır qaraciyər çatışmazlığı
Ürək çatışmazlığı zamanı baş verən durğunluq
Hamiləlik və laktasiya
Qanaxma riski olan pasiyentlər
Mədəcik taxikardiyası, mədəciklərin fibrilyasiyası və ya anamnezdə politop mədəcik ekstrasistoliyası
EKQ-də QT intervalının uzanması
Anamnezdə ağır taxiaritmiya
Son 6 ay ərzində baş vermiş qeyri-stabil stenokardiya və ya miokard infarktı
Son 6 ay ərzində koronar invaziv müdaxilənin olması
CYP3A4 və ya CYP2C19 inhibitorları ilə birlikdə qəbulu
İstifadə qaydası və dozası:
Silostazolun tövsiyə olunan dozası gündə 2 dəfə 100 mq-dır. Preparat səhər və günorta yeməyindən 30 dəqiqə əvvəl qəbul olunur.
Silostazol yalnız fasiləli axsaqlığın müalicəsi ilə məşğul olan mütəxəssis tərəfindən təyin olunmalıdır.
Silostazol qaraciyər fermentləri tərəfindən geniş metabolizə uğradığı üçün orta və ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi əks göstərişdir.
Rəylər (0)