Koenzim Q10 - təbii yağda həll olan antioksidantdır. Orqanizmin antioksidant funksiyasının 71%-ni yerinə yetirir. Qanda aşağı sıxlıqı lipoproteinlərin və triqliseridlərin miqdarını azaldır, antiaterosklerotik təsir göstərir. Baş beyin toxumasında asetilxolinin sintezini və xolinergikprosesləri sürətləndirir. Güclü təbii immunmodulyator olub, immun sisteminin funksional çatışmazlığını tez və effektiv bərpa edir, orqanizmin antimikrob və virus əleyhinə müdafiyəsini aktivləşdirir.
Ginko Biloba - mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaların oksigen və qidalı maddələrlə təmin olunmasını asanlaşdırır.
Lesitin fosfolipiddir, həyat qabiliyyətini artırmaq üçün vacib elementdir və mərkəzi sinir sisteminin funksiyasıyasını yaxşılaşdırır, xolinin-asetilxolinə çevrilməsini təmin edir, bu da sinapslarda vacib roln oynayır.
Fosfatidilxolin, neyronların qida subustansiyası sayılaraq, regenerasiyaedici təsir göstərir, asetilxolinin sintezini artırır, sinir impulslarının ötürülməsini bərpa edir.
Fosfotidilserin, essensial fosfolipid olub, sinir hüceyrəsi membranının 10 %-ni təşkil edir. O neyronlarda çox vacib funksiyaları həyata keçirən membran zülallarının i.ini tənzimləyir.
İstifadəsinə dair göstərişlər:
- Asteniya və xroniki yorğunluq sindromu,m diqqət və yaddaş zəifliyi
- Xronik beyin qan dövranı çatışmazlığı
- Kəllə beyin travmalarının kəskin və sonrakı dövrü
- Qavrama qabiliyyətinin zəifləməsi
- Müxtəlif mənşəli demensiya, ağıl zəifliyi, miqren
- Beyin qan dövranının hemorragik və işemik tipli pozulmaları
- Göz dibində distrofik dəyişikliklər, görmə sinirinin atrofiyası köməkçi qida əlavəsi.
Əks göstərişlər:
Məhsulun komponentlərinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozalanma:
18 yaşa qədər uşaqlara və böyüklərə 1 kapsuldan gündə 1 dəfə yeməkdən sonra təyin olunur.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Əlavə təsirlər:
Nadir hallarda allergik reaksiyalar.
Rəylər (0)