İstifadəsinə göstərişlər:
Alsheymer xəstəliyi, müxtəlif mənşəli demensiya sindromu, xroniki serebrovaskulyar çatışmazlıq, işemik insult, baş beyinin və onurğa beyinin travmatik zədələnməsi;
uşaqlarda əqli inkişafın ləngiməsi, hiperaktivlik və diqqət çatışmazlığı;
kompleks müalicənin tərkibində antidepressantların təsirinə qarşı davamlı endogen depressiya zamanı.
Əks göstərişlər:
preparata qarşı fərdi dözümsüzlük;
ağır dərəcəli böyrək çatışmazlığı;
epileptik status.
İstifadə qaydası və dozası:
Preparatın dozaları və müalicənin müddəti xəstəliyin xüsusiyyətlərindən və ağırlıq dərəcəsindən, həmçinin pasiyentin yaşından asılıdır. 50 ml-ə qədər birdəfəlik dozaların təyin edilməsi mümkündür.
Tövsiyə olunan optimal müalicə kursu 10-20 gün müddətində preparatı gündəlik inyeksiyalar şəklində yeridilməsidir.
Kəskin vəziyyətlər 10 ml-dən 50 ml-ə qədər,
Beyin insultunun və baş beyinin və onurğa beyininin travmatik zədələnməsinin rezidual mərhələsində 5 ml-dən 50 ml-ə qədər
Psixoüzvi sindrom və depressiya zamanı 5 ml-dən 30 ml-ə qədər
Alsheymer xəstəliyi, damar mənşəli demensiya və qarışıq alsheymer-damar mənşəli demensiya zamanı 5 ml-dən 30 ml-ə qədər
Neyropediatrik təcrübədə bədən kütləsinin hər kq-na 0,1-0,2 ml.
Doza həddinin aşılması:
Aşkar edilməmişdir.
Əlavə təsirləri:
İmmun sistemində baş verən pozğunluqlar
Çox nadir: Yüksək fərdi həssaslıq, allergik reaksiyalar, dəri reaksiyaları, boyunda, başda və ətraflarda ağrılar.
Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar
Nadir hallarda: İştahın itməsi.
Sinir sistemində baş verən pozğunluqlar
Nadir hallarda: Preparatın həddən artıq sürətlə yeridilməsi.
Rəylər (0)