TƏSİRİ :
Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12 barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.
GÖSTƏRİŞLƏR :
Yanıq və donmalar, trofik xoralar, mədə və 12 barmaq bağırsaq xoraları, düz bağırsaq çatları, babasil, qəbizlik, yataq yaraları, uşaqlıq boynunun eroziyaları, endometrit,kolpit, servisit, keratitlər, rinitlər, anginalar, stomatitlər, parodontoz,saç tökülməsi.
ƏLAVƏ TƏSİRİ :
Fərdi allergik reaksiya.
ƏKS GÖSTƏRİŞ :
Xolesistit, öd daşı xəstəliyi, pankreatit, diareya.
İSTİFADƏSİ :
Daxilə gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Müalicə 30 gün müddətində aparılır.
Xaricə islatma və sarğı şəklində tədbiq olunur, sarğı hər gün dəyişdirilir.
Ginekologiyada gündə 1 dəfə yağda isladılmış tampon şəklində tətbiq olunur. Müalicə 7-14 gün müddətində aparılır.
Düz bağırsaq xəstəliklərində 7-14 gün müddətində gündə 2 dəfə 1-2 ml mikroimalə şəklində istifadə olunur.
Damcı şəklində gündə 2 dəfə səhər və axşam hər burun dəliyinə 3 damcı yağ tökülür.
Rəylər (0)