Göstərişlər:
- Ürəyin işemik xəstəliyi, kardiomiopatiya, miokardit, stenokardiya, postinfarkt vəziyyətlər.
- Beyin qan dövranı pozğunluqları; dissirkulyator ensefalopatiyalar və baş beynin müxtəlif növ travmatik və toksik zədələnmələri, nevrasteniya, astenik vəziyyətlər, miopatiyalar.
- Yeni doğulmuşların asfiksiyası və doğuş travmasının fəsadları; yeni doğulmuşların hipotrofiya və hipotoniyası, yeni doğulmuşların respirator-distress sindrom
- Bətindaxili inkişafın ləngiməsi
- Uşaqlarda və 16 yaşına qədər yeniyetmələrdə bədən çəkisinin defisiti və boy artımını ləngiməsi.
- Anoreksiya, xroniki hipoasid qastrit, xroniki pankreatit, qaraciyər xəstəlikləri
- Ekzogen-konstitusional piylənmə
- Kişi sonsuzluğu
- Tireotoksikozun yüngül formaları
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Qəbul qaydası:
Oral qəbul
Gündəlik doza xəstənin yaşına və bədən çəkisinə uyğun hesablanır:
0-2 yaş - 150 mq/kq
2-6 yaş - 100 mq/kq
6-12 yaş - 75 mq/kq
12 yaşdan yuxarı - sutkada 2-4 q.
Hemodializ ilə əlaqəli defisit - sutkada 2-4 q.
Preparat su ilə qarışdırıldıqdan sonra daxilə qəbul edilir. Bir tək dozalıq flakon bir stəkan suda həll olunur.
İnyeksiya qəbulu.
Uşaqlara: 50-100 mq/kq sutkada
Böyüklərə: 1 ampuldan gündə 1 dəfə. Sutkalıq dozanı 2-3 q qədər artırmaq olar.
Rəylər (0)