İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Arterial hipertenziya: karvedilol essensial hipertoniyanın müalicəsində göstərişdir. Həm monoterapiyada, həm də digər antihepertenziv vasitələrdə kombinasiyada istifadə edilə bilər. Ürəyin işemik xəstəliyi: stabil stenokardiyanın profilaktik müalicəsində istifadə edilir. Xronik ürək çatışmazlığı: karvedilol yüngül, orta və ağır dərəcəli xroniki ürək çatışmazlığının müalicəsində göstərişdir.
ƏKS GÖSTƏRİŞLƏR:
- karvedilol və ya prepartın komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- qaraciyər funksiyasının klinik cəhətdən əhəmiyyətli olan pozulması;
- ağır bradikardiya;
- kardiogen şok;
- metabolik asidoz.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Tabletlər su ilə qəbul edilməlidir. Xroniki ürək çatışmazlığı olan xəstələrdə Kardiva preparatı yemək zamanı qəbul edilməlidir. Karvedilol ilə müalicə uzunmüddətli olur. Müalicə birdən birə kəsilməməlidir, bir neçə həftə ərzində dozanı tədricən azaldaraq preparatın qəbulunu dayandırmaq olar. Bu, koronar arteriya xəstəlikləri olan xəstələrdə xüsusilə vacibdir.
ƏLAVƏ TƏSİRLƏR:
- immun sistemində;
- psixi pozulmalar;
- görmə orqanına;
- ürək-damar sisteminə;
- tənəffüs sisteminə;
- həzm sisteminə.
DOZA HƏDDİNİN AŞILMASI:
Ürək çatışmazlığı, kardiogen şok və ürəyin dayanması halalrı baş verə bilər.
Rəylər (0)