TƏSVİRİ VƏ İSTİFADƏ QAYDASI:
Kabocon həb formasında olan, havanın
udulması və bağırsaq tıxınıqlığı ilə əlaqədar rahatsızlıq simptomlarının yüngülləşdirilməsi
üçün faydalı olan tibbi vasitədir. Bu məhsul, qazın toplanmasına görə qarın
boşluğu və ya bağırsaq şişkinliyi ilə əlaqədar simptomların aradan qaldırılması
üçün tövsiyə olunur. O, ağrı və sancıları aradan qaldırır, köp və gəyirmənin
qarşısını alır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklər: gündə 4 həb, istənilən əsas yeməkdən
sonra 2 həb qəbulu tövsiyə edilir. Sınmaması üçün həbləri blisterdən ehtiyatla
çıxardın və 1 stəkan su ilə qəbul edin.
MƏLUM ƏKS GÖSTƏRİŞLƏR:
Tövsiyə edilən dozada məhsulun qəbulu zamanı
nəcisin tünd qəhvəyi rəng alması müşahidə edilə bilər ki, bu da onun tərkibindəki
aktiv kömürlə əlaqədardır. Bu hadisə normaldır və heç bir patoloji əhəmiyyət kəsb
etmir. Orta və uzun müddətli əks göstərişlər müşahidə edilməyib. Məhsul diqqət
tələb edən hərəkət qabiliyyətinə mənfi təsir göstərmir ( mexanizmləri idarəetmə
qabiliyyəti və ya yürüyüş fəaliyyəti ).
ƏKS TƏSİRLƏRİ:
Məhsulun tərkibindəki inqrediyentlərdən hər
hansı birinə qarşı hiperhəssaslıq zamanı istifadəsi tövsiyə olunmur. Məhsulun
hamiləlik və ana südü ilə qidalandırma zamanı istifadəsi dəstəkləyən kifayət qədər
məlumat yoxdur, ona görə də hamiləlik və südlə qidalandırma zamanı məhsul
ehtiyac zamanı istifadə edilə bilər.
MƏHSULUN ATILMA QAYDASI:
Məhsulun yararlıq müddəti bitdikdən sonra, məhsulu
və onun qablaşdırmasını yaşadığınız yerin mövcud qaydalarına uyğun olaraq atın.
Rəylər (0)