İstifadəsinə göstərişlər:
Arterial hipertenziya
Kaptopril essensial (birincili) hipertenziyanın müalicəsi üçün istifadə olunur.
Ürək çatışmazlığı
Kaptopril xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur.
Kəskin miokard infarktı
Qısa müddətli müalicə (4 həftə): Kaptoril hər hansı klinik stabil gedişli xəstələrdə infarktdan ilk 24 saat ərzində istifadə olunur.
Simptomatik ürək çatışmazlığının uzunmüddətli profilaktik müalicəsi: Kaptopril klinik stabil gedişli simptomsuz sol mədəcik disfunksiyası olan xəstələrdə istifadə olunur.
I tipli şəkərli diabet fonunda diabetik nefropatiya
Kaptopril makroproteinuriya ilə müşayiət olunan I tipli şəkərli diabet fonunda inkişaf edən diabetik nefropatiya zamanı istifadə olunur.
Əks göstərişlər:
Kaptoprilə və digər AÇF inhibitorlarına və köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
AÇF inhibitorlarına qarşı anamnezdə angionevrotik ödem, idiopatik irsi angioödem, hamiləliyin II və III trimestri;
Şəkərli diabet və böyrək funksiyasının pozğunluğu olan xəstələrdə kaptoprilin aliskiren tərkibli digər dərman vasitələri ilə birgə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Dozalanma fərdi qaydada xəstənin profilindən və arterial təzyiq səviyyəsindən asılı olaraq təyin edilməlidir. Tövsiyə olunan maksimal gündəlik doza 150 mq təşkil edir.
Kaptopril qida qəbulu zamanı, əvvəl və yaxud sonra qəbul edilə bilər.
Arterial hipertenziya
Tövsiyə olunan başlanğıc dozanın qəbul edilməsi iki yerə bölünərək 25-50 mq təşkil edir. Arzu olunan arterial təzyiqin əldə olunması çəqsədilə doza, ən az 2 həftə interval ilə, qəbul edilməsi iki yerə bölünərək 100-150 mq/gün dozayadək tədricən yüksələ bilər. Çox güclü renin-angiotenzin-aldosteron sistemə malik xəstələrdə birdəfəlik 6.25 mq və yaxud 12.5 mq dozanın tətbiq edilməsi ilə müalicəyə başlamaq tövsiyə edilir.
Ürək çatışmazlığı
Ürək çatışmazlığının kaptorilin istifadəsi ilə müalicənin əvvəli ciddi həkim nəzarəti altında aparılmalıdır. Adətən başlanğıc doza 6.25-12.5 mq gündə iki və yaxud 3 dəfə təşkil edir. Saxlayıcı dozanın seçimi (75-150 mq/gün) üçün titrlənmə xəstənin müalicəyə cavab reaksiyası, klinik vəziyyəti və dərman vasitəsinin keçirilməsinə əsasən həyata keçirilməlidir, 150 mq/gün-dək gündə 2 dəfə ola bilər. Xəstənin müalicəyə olan cavab reaksiyasının qiymətləndirilməsi məqsədi ilə, ən az 2 həftə intervalın saxlanması ilə doza tədricən yüksəldilə bilər.
Miokard infarktı
Kaptopril ilə müalicə stasionar rejimində əlamətlərin və yaxud simptomların aşkar edilməsindən dərhal sonra olduqca erkən dövrdə stabil hemodinamika müəyyən olunan xəstələrdə başlanmalıdır. 6.25 mq sınaq dozanın yeridilməsi tələb olunur, bundan 2 saat sonra 12.5 mq, və 12 saat sonra 25 mq doza yeridilməlidir.
I tip diabetik nefropatiya
I tip diabetik nefropatiya ilə olan xəstələr üçün kaptoprilin tövsiyə olunan gündəlik dozası gündə 2 dəfə qəbul edilməklə 75-100 mq təşkil edir.
Rəylər (0)