İstifadəsinə göstərişlər
Böyrək sancısı, öd sancısı, öd yolları və öd kisəsinin spastik diskineziyası, xolesistit, bağırsaq sancısı, pilorospazım, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə dövrü, alqodismenoreya.
Əks göstərişlər
Hiossin butilbromidə və preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq.
Miasteniya qravis, meqakolon.
6 yaşa qədər uşaqlar.
Hamiləlik, laktasiya dövrü.
Buskopan tabletin tərkibində 41,2 mq saxaroza vardır. Maksimal tövsiyə edilən gündəlik dozanın (10 tablet) tərkibində 411,8 mqsaxaroza vardır.
Fruktozaya qarşı dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltaza çatışmazlığı kimi nadir irsi problemləri olan pasientlər preparatı qəbul etməməlidir.
İstifadə qaydası və dozası
Daxilə.
Həkim tərəfindən xüsusi təyinat olmadığı halda aşağıdakı dozalama rejimi tövsiyə edilir:
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar: gündə 3-5 dəfə 1 tablet, su il içilir.
Preparat, həkimin məsləhəti olmadan 3 gündən artıq hər gün qəbul edilməməlidir
Əlavə təsirləri
Aşağıda sadalanan əlavə təsirlərin əksəriyyəti preparatın antixolinergik xüsusiyyətləri ilə bağlı ola bilər. Antixolinergik əlavə təsirlər adətən zəif olur və öz-özünə keçir.
İmmun sistemə
Anafilaktik şok, anafilaktik reaksiyalar, təngnəfəslik, dəri reaksiyaları və hiperhəssaslığın digər təzahürləri.
Ürək-damar sisteminə
Taxikardiya
Həzm sisteminə
Ağızda quruluq
Dəriyə və dərialtı toxumalara
Dishidrotik ekzema
Sidik sisteminə
Sidik ləngiməsi.
Doza həddinin aşılması
Bu günədək Buskopanın doza həddinin aşılması halları qeydə alınmamışdır, bu səbəbdən aşağıda sadalanan simptomlar və tövsiyələr nəzəri xarakter daşıyır.
Simptomları
Antixolinergik simptomlar mümkündür: sidik ləngiməsi, ağızda quruluq, dərinin hiperemiyası, taxikardiya, mədə-bağırsaq traktı motorikasının zəifləməsi və, həmçinin, görmə qabiliyyətinin keçici pozulmaları.
Müalicəsi
Buskopanın doz həddinin aşılması simptomları xolinomimetiker ilə aradan qaldırılır. Qlaukoma ilə pasientlərə plokarbin göz damcıları təyin edilir. Ehtiyac olduğu halda xolinomimetiklər parenteral yeridilir, məsələn, neostiqmin, 0,5 - 2,5 mq əzələdaxili və ya venadaxili. Ürək-damar fəsadları ümumi terapevtik qaydalara əsasən müalicə olunur. Tənəffüs əzələlərinin iflici zamanı intubasiya, ağciyərlərin süni ventilyasiyası göstərilib. Sidik ləngiməsi zamanı sidik kisəsinin kateterizasiyası aparılır. Saxlayıcı müalicə aparılır.
Rəylər (0)