İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Mövsüm və ilboyu müşahidə olunan allergik
rinitlərin profilaktikası və müalicəsi. Burun daxili poliplərin müalicəsi və
profilaktikası.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
İntranazal təyin edilir. İstifadə etməzdən
öncə çalxalanmalıdır. Allergik rinitin profilaktikası və müalicəsi zamanı:
-
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: sutkada 1 dəfə, səhər vaxtı,
hər bir burun dəliyinə 2 püskürtmə olmaqla ( sutkalıq doza 400 mkq ); və yaxud
sutkada 2 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə və axşam hər
bir burun dəliyinə 1 püskürtmə olmaqla ( sutkalıq doza 400 mkq );
-
6-11 yaşlı uşaqlara: sutkada 1 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə
1 püskürtmə olmaqla ( sutkalıq doza 200 mkq ) təyin edilir. Müalicə müddətini həkim
təyin edir;
-
Burun poliplərinin müalicə və profilaktikasında: sutkada 2 dəfə, səhər
və axşam vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə olmaqla ( sutkalıq doza 400
mkq ) təyin edilir. Müalicə müddəti 3 aya qədərdir. Maksimal sutkalıq doza 400
mkq-dır ( gündə 2 dəfə hər burun dəliyinə 2 püskürtmə );
-
İstifadə etdikdən sonra flakonun nazal başlığını salfet və ya dəsmal
ilə qurudun və qoruyucu başlıqla bağlayın.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın hər hansı komponentinə qarşı həssaslıq
olduqda. Tənəffüs yollarının virus, bakteria və göbələk mənşəli infeksion xəstəliklərində.
Ağciyər vərəmində.
ƏLAVƏ TƏSİRLƏRİ:
Dəri səpgiləri, sifətin, dilin və udlağın
ödemləşməsi, allergik reaksiyalar, asqırma, burunda quruluq hissi və qıcıqlanma
hissi. Nadir hallarda: adrenal supressiya və boy artımının gecikməsi daxil
olmaqla, sistemli kortikosteroid təsirlərinin yaranması. Tez-tez: qanlı ifrazat
və burundan qanın gəlməsi. Çox nadir hallarda: selikli membranın xoralşması.
Rəylər (0)