Məhsulun xüsusiyyətləri:
Bu şərbətdəki bitkilərin tərkibindəki bioloji aktiv maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyanın kirpikli epitelinin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olunmasını sürətləndirir. Bu zaman öskürəyi azaldır, orqanizmin ümumi müqavimətini artırır.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Traxeit, kəskin və xroniki bronxit, pnevmoniya (krupoz və bronxopnevmoniya), kəskin respirator xəstəliklər.
İstifadə qaydası:
Şərbət yeməkdən 30 dəqiqə əvvəl, göstərilən miqdarda qəbul olunur.
18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə
(Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.)
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
18 yaşa qədər olan şəxslər, şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslığı olanlar.
Saxlanılması:
25 0C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Rəylər (0)