Göstərişlər:
Bromunel allergik rinit allergik rinitlə müşayiət olunan astmanın müalicəsi və simptomlarının yüngülləşdirilməsi üçün istifadə olunur.
Əks göstərişlər:
Bromunelin tərkibindəki hər hansı bir komponentə və ya piperazin törəmələri olan kimyəvi maddələrə qarşı yüksək həssaslıq, kreatini klirensinin 10 ml dəq-dən aşağı olması, ciddi böyrək çatışmazlığı, ciddi qaraciyər çatışmazlığı, laktkasiya dövrü, bəzi şəkər törəmələrinə qarşı dözümsüzlük.
İstifadə qaydası və dozası:
Bronxial astmanın müalicəsi: gündə bir dəfə bir tablet daxilə qəbul edilir. Axşamlar qəbul edilməsi məsləhət görülür.
Mövsümi allergik rinit: gündə bir dəfə bir tablet. Axşamlar qəbul edilməsi məsləhət görülür.
İstifadə müddəti şikayətlərin növündən, müddətindən və tezliyindən asılıdır. Mövsümi allergik rinit üçün 3-6 həftə; qısamüddətli tozcuqlara məruz qalma vəziyyətində isə bir həftəlik müalicə kurus yetərlidir.
Bromunel müəyyən miqdarda su ilə birlikdə və bölünmədən qəbul edilə bilər. Tək bronxodilatator istifadə etməklə kifayət qədər nəzarət altına alına bilinməyən xəstliklərin müalicə rejminə Bromunel əlavə oluna bilər. Klinik cdavab alındıqda xəstənin bronxodilatator müalicəsi öyrəşə bildiyi qədər azaldıla bilər.
İnhalyasion kortikosteroidlə müailcə edilən xəstələrdə Bromunel müalicəsi əlavə klinik fayda əldə edilməsini təmin edir. Kortikosteroidin dozası nisbətən azaldıla bilər. Doza, tibbi yoxlama altında pilləli şəkildə azaldılmalıdır. Bəzi xəstələrdə, inhalyasion kortikosteroidin dozası yavaş-yavaş azaldılmaqla, tamamilə kəsilə bilər. Bu tip xəstəliklərdə inhalisyon kortikosteriidin əvəzinə dərhal Bromunel ilə müalicəyə başlanmalıdır.
Yüngül və orta dərəcli qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın korreksiyya edilməsinə ehtiyac yoxdur, ancaq ciddi qaraciyər çatışmazlığı varsa, Bromunel istifadə etməzdən əvvəl həkiminizilə məsləhətləşin.
Əlavə təsirləri:
Bütün dərman preparatlar kimi Bromunel də tərkibində olan komponentlərlə bağlı fərdi olaraq, əlavə təsirlər yarana bilər. Yüngül əlavə təsirlər-başağrısı, yuxululuq, ağızda qururluq, yorğunçuluq, astenik vəziyyət, abdominal nahiyədə ağrı hissi, ishal, soyuqdəymə bənzər əlamətlər, ürəkbulanma, qaşınma, səpgilər, çəki artımı.
Ağır əlavə təsirlər- anaflaktik şok, ağız boşluğunda, üzdə və ya boğazda ödəm dodaqlarda, dil və göz qapaqlarında şişkinlik, dərinin kəpəklənməsi, qaşınma kimi yüksək həssaslıq reaksiyaları.
Rəylər (0)