İstifadəsinə göstərişlər:
Bromheksin 4 Berlin-Hemi bəlğəmgətirici dərman preparatdır. Bromheksin 4 Berlin-Hemi qatı bəlğəmin əmələ gəlməsi ilə müşaiyət olunan bronx və ağciyərlərin kəskin və xroniki xəstəliklərində, bəlğəmi durulaşdırmaq məqsədilə istifadə olunur.
Əks göstərişlər:
Bromheksin hidroxloridə və/və ya preparatın tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr sutkada 3 dəfə 2-4 ölçü qaşığı;
6 yaşdan 14 yaşa qədər uşaq və yeniyetmələr, həmçinin bədən kütləsi 50 kq-dan aşağı olan pasiyentlər sutkada 3 dəfə 2 ölçü qaşığı.
Doza həddinin aşılması:
Xəstəliyin simptomları ağır olduqda qan dövranına nəzarət tələb oluna bilər və ya zərurət yarandıqda simptomatik müalicə aparılmalıdır.
Əlavə təsirləri:
Bəzən
Üşütmə;
ürəkbulanma, qarın nahiyəsinə ağrılar, qusma, ishal.
Nadir hallarda
Hiperhəssaslıq reaksiyaları;
səpgi, övrə.
Rəylər (0)