İstifadəsinə göstərişlər:
Açıq-bucaqlı qlaukomadan və ya göz hipertenziyasından əziyyət çəkən böyüklərdə monoterapiyanın aparılması gözdaxili təzyiqin kifayət qədər aşağı düşməsini təmin etmədiyi halda, GDT-in aşağı salınması üçün istifadə olunur.
Əks göstərişlər:
Təsiredici maddələrə və ya preparatın tərkibində olan istənilən köməkçi maddəyə qarşı hiperhəssaslıq;
sulfonamidlərə qarşı hiperhəssaslıq;
bronxial astma daxil olmaqla, tənəffüs yollarının reaktiv xəstəlikləri və ya anamnezdə bronxoial astmanın mövcudluğu və həmçinin, ağciyərlərin ağır dərəcəli xroniki obstruktiv xəstəlikləri;
ağır dərəcəli allergik rinit;
hiperxloremik asioz;
ağır dərəcəli böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Böyüklər, o cümlədən yaşlı pasiyentlər
Brimot preparatını zədələnmiş gözün konyuktival kisəsinə sutkada 2 dəfə 1 damcı damcılatmaq lazımdır.
Uşaqlar
Heç bir məlumatın olmaması ilə əlaqəli, 0-dan 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Rəylər (0)