İstifadəsinə göstərişlər:
Böyüklərdə, uşaqlarda, körpələrdə və yenidoğulmuşlarda birincili və ikincili karnitin çatışmazlığın müalicəsində istifadə olunur.
1. Dializ zamanı ağır və persistent əzələ qıcolmaları və/və ya hipotenziya halları.
2. Həyat keyfiyyətinə neqativ təsir göstərən halsızlıq.
3. Skelet əzələlərinin zəifliyi və ya miopatiya.
4. Kardiomiopatiya.
5. Eritropoetin müalicəsinə cavab verməyən və ya daha yüksək dozalar tələb edən uremik anemiya.
6. Qidalanmanın natamam olması ilə əlaqəli əzələ kütləsinin azalması.
Əks göstərişlər:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Venadaxili yavaş yeridilməlidir (2-3 dəqiqə ərzində)
İlkin karnitin çatışmazlığı
Dozalanma metabolizmin pozğunluq səviyyəsindən və müalicə dövründəki vəziyyətdən asılıdır.
Kəskin dekompensasiya zamanı məsləhət görülən doza hər kqbədən kütləsinə 100 mq təşkil edir. Bu dozanın istifadəsi gündə 3-4 dəfəyə bölünə bilər.
İkincili karnitin çatışmazlığı
Preparatı istifadə etməzdən öncə plazmada karnitinin səviyyəsini yoxlamaq lazımdır. İkincili karnitinin çatışmazlığı zamanı asilkarnitin/sərbəst karnitin nisbəti 0,4-dən yüksək və/və ya sərbəst karnitin konsentrasiyası 20 umol1/1-dən aşağı olur.
Doza hədinin aşılması:
Doza həddinin aşılması barədə məlumat yoxdur.
Əlavə təsirləri:
Dozanın azaldılması preparatla əlaqəli bədəndən gələn qoxunu və ya mədə-bağırsaq simptomlarını azaldır.
Rəylər (0)