İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
BQLAU gözdaxili təzyiqi aşağı salmaq üçün istifadə olunur. O2 , beta-blokator göz damcılarının əks göstəriş
olduğu halda monoterapiya şəkilində və ya monoterapiya kifayət etmədiyi hallarda digər göz damcıları ilə
birlikdə açıqbucaqlı qlakumanın və hipertenziyanın müalicəsi üçün istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
- Brimonidine tartrate və ya BQLAU-nun digər komponentlərindən hər hansı birinə qarşı allergiya
( yüksək həssaslıq );
- Monoaminooksidazanın ( MAO ) inhibitorları ilə və ya digər müəyyən antidepressantrala eyni zamanda
qəbulu;
- Laktasiya dövrü;
- 2 yaşa qədər uşaqlarda istifadəsi.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
12 saat intervalla, gündə 2 dəfə 1 damcı. Istifadə qaydası və dozası həkim tərəfindən deyişdirilə bilər.
ƏLAVƏ TƏSİRLƏR:
Çox tez-tez ( 10 pasiyentdən 1-dən çoxunda baş verir ): gözdə allergic reaksiyalar, follikullyar konyuktivit və
ya ağ ləkələr, dumanlı görmə, gözlərin qızarması, yanma hissi, gözdə yad cisim hissi və ya qaşınma, başağrısı,
ağızda quruluq və yorğunluq/yuxululuq.
Tez-tez ( 10 pasiyendən 1-dən azında baş verir ): göz səthində deyişikliklər, göz qapağının iltihabı, konyuktivit,
göz qapaqların yapışması, göz qapağının və konyunktivanın ödemi, qeyri-normal görmə, işiğa qarşı yüksək
həssaslıq, qıcıqlanma, göz qapağının qızarması, ağrı, quruluq, göz səthinin eroziyası, yaş axma, başgicəllənmə,
soyuqdəyməyəbənzər simptomlar, mədə və həzm pozğunluqları, dad pozğunluğu və ya ümumi zəiflik.
Bəzən: depressiya, ürəkdöyünmə və ya ürək ritminin pozulması, burunda quruluq və ümumi allergic
reaksiyalar.
Çox nadir hallarda ( 10000 pasiyentdən 1-dən azında baş verir ): gözün iltihabı və ya mioz, təngənəfəslik,
yuxusuzluq, bayılma və yüksək və ya aşağı qan təzyiqi.
DOZA HƏDDİNİN AŞILMASI:
Klinikada müşahidə olunmayıb.
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,2% brimonidine tartrat vardır.
Köməkçi maddələr: benzalkonium xlorid, polivinil spirit, natrium xlorid, natrium sitrat, limon turusu monohidrat,
distillə olunmuş su, natrium hidroksid/xlorid turşusu.
Rəylər (0)