İstifadəsinə göstərişlər:
Kəskin bakterial sinusit;
xroniki bronxitin kəskinləşməsi;
xəstəxanadan kənar pnevmoniya, ağır hallar istisna olmaqla;
kiçik çanaq orqanlarının tuboovarial və ya çanaq absesi ilə assosiasiya olunmayan yüngül və orta dərəcəli iltihabi xəstəlikləri.
Əks göstərişlər:
Hamiləlik və laktasiya dövrü;
yaşı 18-dən aşağı olan pasiyentlər;
QT intervalının anadangəlmə və ya sənədlə təsdiq olunmuş qazanılmış uzanması;
elektrolit balans pozğunluqları, xüsusilə, korreksiya olunmamış hipokaliumemiya zamanı.
İstifadə qaydası və dozası:
Böyüklər
Tövsiyə olunan doza - sutkada 1 dəfə 1 tablet.
Uşaqlar
Uşaqlarda və yeniyetmələrdə moksifloksasinin istifadəsi əks göstərişdir.
Doza həddinin aşılması:
Doza həddinin aşılması baş verdiyi halda, simptomatik müalicə etmək lazımdır.
Əlavə təsirləri:
İnfeksion və parazitlər: tez-tez - rezistent bakteriyaların və ya göbələklərin törətdikləri superinfeksiyalar, məsələ, ağız boşluğu kandidozu və vaginal kandidoz.
İmmun sistemində baş verən pozğunluqlar: bəzən - allergik reaksiya; nadir hallarda - çox nadir hallarda şok daxil olmaqla, anafilaksiya, həyat üçün potensial təhlükəli allergik ödem/angionevrotik ödem.
Rəylər (0)