FARMAKOLOJİ TƏSİRİ:
Qadınlarda hormonal balansı və menstrual sikli tənzimləyir, follikulun yetişməsini və partlamasını stimulyasiya edir, mayalanma prosesini aktivləşdirir.Hormonal pozulmaların, sonsuzluğun, fibromiomaların, polimenoreyaların, yumurtalıqların polikistozunun, endometriozun, predmenstrual və klimakterik sindromların müalicəsində istifadə olunur.Qadınlarda cinsi funksiyanı aktivləşdirir.Antibakterial və iltihab əleyhinə təsirinə görə sistit, pielonefrit, babasilin müalicəsində istifadə olunur.
İSTİFADƏ QAYDASI:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml ( 1 stəkan ) qaynar su tökülür, qaynayan su hamamında 15 dəqiqə dəmlənir, 45 dəqiqə soyudulur, süzülür.Gündə 4-5 dəfə 1 xörək qaşığından qəbul edilir.
Rəylər (0)