İstifadəsinə göstərişlər:
Sidikçıxarıcı yolların xroniki iltihabi xəstəliklərinin kompleks müalicəsi.
Böyrək daşlarının yaranmasının profilaktikası, o cümlədən onların xaric olunmasından sonra.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə və ya digər Çətirkimilər fəsiləsi bitkilərinə qarşı, məsələn, cirə, razyana və anetola yüksək həssaslıq.
Kəskinləşmə dövründə mədə və 12 barmaq bağırsağın xora xəstəliyi.
Ürək çatışmazlığı və ya böyrək funksiyasının pozulması nəticəsində yaranan ödem və/və ya maye qəbulunun məhdudlaşdırılması barədə həkim tövsiyəsi.
Laktaza çatışmazlığı, laktoza dözümsüzlüyü.
6 yaşınadək uşaqlarda istifadəsi.
İstifadə qaydası və dozası:
Həkim təyinatı olmadıqda böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda preparatı sutkada 3 dəfə 2 kapsul istifadə edilir.
Kapsullar çeynənmədən, kifayət qədər maye ilə udulur.
Preparatın qəbulu ilə yanaşı kifayət qədər maye qəbulunu təmin etmək vacibdir.
Müalicənin müddəti həkim tərəfindən fərdi müəyyən edilir. Preparat pasiyent tərəfindən yaxşı keçirildiyi halda onu uzun müddət təyin etmək olar.
Preparatı 12 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət görülmür.
Qızdırma, spazm, sidikdə qanın olması, sidiyəgetmənin pozulması və sidiyin kəskin ləngiməsi davam etdiyi halda dərhal həkimə müraciət etmək lazımdır.
Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük müəyyən edildikdə bu preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Preparatın tərkibinə FCF sarı boya maddəsi daxildir ki, bu da allergik reaksiyalara səbəb ola bilər.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply