İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- qadınlarda mayalanma zamanı progesteron sekresiyasının çatışmazlığı vəziyyətləri;
- adəti düşük halları və düşük təhlükəsi: bu zaman hamiləliyin lap əvvəlindən gündə 200-400 mq progesteron qəbuluna başlamaq məsləhətdir;
- hamiləlik zamanı cərrahi əməliyyat: gündə 200-400 mq və yaxud digər dozalarda müalicə tətbiq olunur;
- menstruasiyaönü sindrom, menstruasiyaönü gərginlik və depressiya daxil olmaqla;
- doğuş sonrası depresiyanın müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR:
- preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq;
- diaqnozu məlum olmayan vaginal qanaxma;
- trombo-embolik pozğunluqlar;
- hiperhəssaslıq, trombofilik pozğunluqlar, kəskin qaraciyər çatışmazlığı;
- serebral hemorragiya;
- süd vəzilərin və cinsiyyət orqanlarının aşkar edilmiş və ehtimal olunan bədxassəli törəmələri.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
BİOGEST 400 mq birdəfəlik doza gündəlik vaginal və ya rektal artırmaq mümkündür.
ƏLAVƏ TƏSİRLƏRİ:
Sızanaqlar, allergik dəri qaşınması, psixi pozğunluq, qaraciyər funksiyasının dəyişməsi ilə əlaqədar sarılıq müşahidə olunmuşdur.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı eyforiya və ya dismenoreya meydana çıxa bilər.
Rəylər (0)