İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
- öd yollarının hipokinetik tipli diskineziyası :
- xroniki xolesistit :
- piy hepatozu :
- qaraciyər sirrozu :
- xroniki nefrit və pielonefrit :
- xroniki böyrək çatışmazlığı :
- infeksion xəstəliklər zamanı intoksikasiya :
- dispeptik pozğunluqlar :
İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR :
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq , öd daşı xəstəliyi , öd yollarının keçməməzliyi , qaraciyərin , böyrəklərin, öd və sidik çıxarıcı yollarının kəskin xəstəlikləri , 12 yaşa qədər uşaqlar.
ƏLAVƏ TƏSİRLƏRİ :
Nadir hallarda – allergik reaksiyalar , uzun müddət yüksək dozada istifadəsi zamanı ishal ola bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Daxilə. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara : 1 tablet gündə 1 – 2 dəfə yeməkdən 15 – 20 dəqiqə əvvəl.Müalicə kursu individual olaraq təyin olunur.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Həkim təyinatı və nəzarəti altında mümkündür.
Rəylər (0)