Göstərişlər:
İntellektual və emosional fəallığın azalması, yaddaş pozğunluğu, diqqət cəmlənməsinin zəifləməsi.
Astenik və həyəcanlı-nevrotik vəziyyətlər. təlaş, qorxu, nigaranlıq, təlaşlı vəziyyətlərlə bağlı olan nevroz, psixopatiya; uşaqlarda - kəkələmə, enurez, tiklər.
Yaşlılarda - yuxusuzluq, gecə baş verən nigaranlıq.
Əks göstərişlər:
Preparatın komponetlərinə qarşı yüksək həssaslıq.
Kəskin böyrək çatışmazlığı.
11 yaşadək uşaqlar.
İstifadə qaydası və dozası:
Yeməkdən öncə, bir qədər su ilə daxilə qəbul edilir.
Böyüklərə gündə 3 dəfə 250-500 mq təyin edilir. Birdəfəlik ən yüksək doza: Böyüklərə - 750 mq. 60 yaşdan yuxarı xəstələrə - 500 mq.
Müalicə kursu 4-6 həftə təşkil edir.
11 yaşdan yuxarı uşaqlar üçün - gündə 2-3 dəfə 250 mq.
Rəylər (0)