Benezim mədə - bağırsaq həzmini yaxşılaşdıran, bağırsaqlardan qida maddələrinin sorulmasını asanlaşdıran,
bağırsaqdaxili qazların fizioloji miqdarını, qıcqırma-çürümə proseslərini tənzimləyərək köpün qarşısını alan
həzmedici vasitədir. Enzim qarışıöının tərkibindəki bitki mənşəli fermentlər ( laktaza, amilaza, lipaza, proteaza,
sellülaza, qlükoamilaza, pektinaza, düyüdən alınmış maltodekstrin ) qəbul olunan zülal, yağ, karbohidratların
tam
həzmini təmin edərək uzun və qısamüddətli həzm pozulmasının əlamətlərini, mədəaltı vəzinin funksional
zəifliyini
aradan qaldırır. Benezim xüsusi fermentlərlə zəngin olduğu üçün bitki mənşəli qidaların və süd məhsullarının
mənimsənilməsində əhəmiyyətlidir. Papain və bromelain isə mədə - bağırsağı, qaraciyəri toksiki maddələrdən
təmizləyir, həzm traktının selikli qişasında iltihab əlamətlərinin aradan qalxmasına kömək edir. Razyana
ekstraktı spazmolitik xüsusiyyətə malik olub, mədə-bağırsaq spazmını aradan qaldırır, meteorizm zamanı
qazqovucu təsir göstərir.
İSTİFADƏ QAYDASI:
Məsləhət görülən gündəlik maksimal doza: 10 ml. Düzgün dozanın qəbulu üçün qablaşmaya dozator əlavə
olunub. Benezim yeməkdən əvvəl qəbul edilir. İstifadədən öncə flakon çalxalanmalıdır.
Rəylər (0)