İstifadəsinə göstərişlər:
BAZOSİD həssas mikroorqanizmlərin səbəb olduğu infeksiyalarda istifadə olunur.
BAZOSİD abdominal və ya çanaq orqanları üzərində aparılan cərrahi müdaxilə zamanı və peritonun mikrob çirklənməsi ehtimalı olan xəstələrdə əməliyyat sonrası yara infeksiyası hallarının azadılması üçün əməliyyatdan əvvəl də istifadə edilə bilər.
BAZOSİD əməliyyat sonrası sepsisin yaranması hallarını azaltmaq məqsədi ilə, hamiləliyin dayandırılması zamanı və ya keysəriyyə əməliyyatı sonrası profilaktika üçün istifadə edilə bilər.
Əks göstərişlər:
Anamnezində hər hansı penisillin preparatina qarşı allergik reaksiya olan insanlarda BAZOSİD-in istifadəsi əks göstərişdir.
Həlledici kimi istifadə olunan lidokain hidroxlorid amid tipli yerli anestetiklərə qarşı yüksək həssaslığı olan insanlarda və ya ürək blokadası olan insanlarda istifadə edilməməlidir.
İstifadə qaydası və dozası:
BAZOSİD+lidokain hidroxlorid məhlulu əzələdaxili dərinə yeridilir.
Böyrək funksiyası normal olan böyüklərdə BAZOSİD-in adi gündəlik doza diapazonu 1,5q ilə 12q-dır.
Sulbaktamın maksimal gündəlik dozası 4q-dır.
Ağır olmayan infeksiyalarda prepart 12 saatdan bir istifadə edilə bilər.
Dozaların istifadə tezliyi xəstəliyin ağırlıq dərəcəsinə və xəstənin böyrək funksiyalarına görə təyin edilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.
Rəylər (0)