İstifadəsinə göstərişlər :
Orta və ya güclü ifadəolunmuş ağrı sindromu, daxili orqanların saya əzələsinin spazmı, böyrək sancısı, sidik axarının və sidik kisəsinin spazmı, öd sancısı, öd yollarının diskineziyası, postxolesistektomik sindrom, bağırsaq sancısı, xroniki kolit, alqodismenoreya, kiçik çanaq oqranlarının xəstəlikləri.
Qısa müddətli simptomik müalicə üçün: artralgiya, nevralgiya, işalgiya.
Əks göstərişlər :
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, ifadəolunmuş qarciyər və/və ya böyrək çatışmazlığı, ifadə öd və/və ya sidik kisəsinin atoniyası, prostat vəzinin adenoması, qanyaradıcı sistemin xəstəlikləri, o cümlədən, trombositopeniya, leykopeniya, aqronulositoz. 15 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz. Stabil və qeyri-stabil stenokardiya. Xroniki ürək çatışmazlığı.
İstifadə qaydası və dozası :
Böyüklər və 15 yaşdan yuxarı uşaqlara parenteral (ə/d) yeridilir. İnyeksion məhlulun yeridilməsindən əvvəl onu əldə isitmək lazımdır. Kəskin ağır sancılar zamanı 2 ml yeridilir, eyhiyat olduqda, 6-8 saatdan sonra təkrar yeridilir. 2-5 ml məhlul gündə 2-3 dəfə əzələdaxili yeridilir. Maksimal gündəlik doza 10 ml-i aşmamalıdır (5 mq metamizol natriuma müvafiqdir).
Rəylər (0)