İstifadəsinə göstərişlər:
Baneosin neomisinə və basitrasinə həssas mikroorqanizmlərin törətdiyi infeksiyalar zamanı göstərişdir.
Dərinin məhdud yayılmış bakterial infeksiyaları:
yaş kontagioz impetiqo, aşağı ətrafların infeksiyalaşmış trofik xoraları, infeksiyalaşmış ekzema, bakterial bələk dermatiti, sadə və kəmərləyici herpes, su çiçəyi zamanı bakterial ağırlaşmalar.
Yenidoğulmuşlarda göbək infeksiyasının profilaktikası.
Cərrahi müdaxilələrdən sonra infeksiyaların profilaktikası:
Baneosin tozu əməliyyat sonrası dövrdəəlavə müalicə üçün istifadə oluna bilər.
Əks göstərişlər:
Basitrasinə və neomisinə, digər aminoqliklozid antibiotiklərə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq.
Dərinin iri sahələrinin ağır zədələnmələri zamanı istifadəsindən qaçmaq lazımdır, belə ki, preparatın sorulması eşitmənin itirilməsi ilə müşaiət olunan ototoksikliyə gətirib çıxara bilər.
Ürək və ya böyrək çatışmazlığı nəticəsində çıxarıcı funksiyanın ifadə olunmuş pozulmaları və müalicəyə başlamazdan əvvəl vestibulyar və ya koxlear sistemin zədələnmələri zamanı istifadə etmək olmaz.
Təbil pərdəsinin perforasiyası zamanı xarici qulaq keçəcəyində istifadə etmək olmaz.
Preparatı gözlərə sürtmək olmaz.
Aminoqliklozid antibiotikləri ilə birgə istifadə etmək olmaz.
İstifadə qaydası və dozası:
Böyüklərə və uşaqlara tozu nazik qatla zədələnmiş nahiyəyə adətən gündə 2-4 dəfə səpirlər, əgər tələb olunursa sarğı qoyurlar.
İstifadə nahiyəsi bədən səthinin sahəsinin 1%-dən çox olmamalıdır.
Müalicə 7 gündən artıq olmamalıdır.
Uşaqlar:
dozalanma üzrə xüsusi tövsiyələr yoxdur.
Yaşlı xəstələr:
dozalanma üzrə xüsusi tövsiyələr yoxdur.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply