Zəif iyə malik sarımtıl məlhəm.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Baneosin neomisinə və/və ya basitrasinə qarşı həssas mikroorqanizmlərin törətdiyi infeksiyalar zamanı istifadə üçün
göstərişdir.Sarğı qoyulması ilə Baneosin məlhəminin effektivliyi güclənir.
- dərinin ocaqlı infeksiyaları , məsələn :
Furunkullar , karbunkullar , stafilokokk sikozu , dərinin follikulit , irinli hidradenit , paronixiya.
- dərinin məhdud yayılmış bakterial infeksiyaları , məsələn :
Kontagioz impetiqo , aşağı ətrafların infeksiyalaşmış ekzema , dermetozlar , kəsiklər , sıyrıntılar , yanıqlar zamanı , osmetik
cərrahiyyədə və dərinin transplantasiyası zamanı.
- cərrahiyyə müdaxiləsindən sonra infeksiyanın profilaktikası :
Baneosin məlhəmi əməliyyatsonrası dövrdə əlavə müalicə qismində istifadə oluna bilər.Baneosin məlhəminin bint üzərinə
sürtülməsi infeksiyalaşmış boşluqları və yaraları olan xəstələrin yerli müalicəsi zamanı daha yaxşıdır.
ƏKS GÖSTƏRİŞLƏR :
Basitrasinə və/və ya neomisinə qarşı , yaxud aminoqlikozid sırası digər antibiotiklərə qarşı yüksək həssaslıq.Dərinin geniş
zədələnmələri zamanı istifadə etmək olmaz , belə ki , preparatın sorulması eşitmənin itirilməsi ilə müşayiət olunan ototoksik
effekt yarada bilər.
Ürək və ya böyrək çatışmazlığı nəticəsində ifrazat funksiyasının ifadə olunmuş pozulmaları olan və preparatın sorulması
mümkün olduğu hallarda , artıq vestibulyar və koxıear sistemin zədələnmələri olan xəstələrdə istifadə etmək olmaz.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Baneosin preparatının hamiləlik və laktasiya dövründə istifadəsi yalnız həkim ilə məsləhətləşdikdən sonra , ana üçün ehtimal
edilən fayda döl və körpə üçün potensial riskdən üstün olduğu halda mümkündür.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Xaricə.Məlhəmi nazik qatla zədələnmiş sahərə gündə 2 – 3 dəfə , əgər məqsədəuyğundursa , sarğı altına sürtülür.
ƏLAVƏ TƏSİRLƏRİ :
Dəriyə , selikli qişalarla və yara səthlərinə yerli sürtülməsi zamanı Baneosin adətən yaxşı mənimsənilir.
Uzun müddət preparatı istifadə edən xəstələrdə dərinin qızarması və quruluğu , dəri səpgisi və qaşınma şəklində allergik
reaksiyalar inkişaf edə bilər.
Allergik reaksiyalar əsasən kontakt ekzema tipində gedir və nadir rast gəlir.
Təxminən 50 % hallarda onlar digər aminoqlikozid antibiotiklərə qarşı çarpaz allergiya ilə əlaqədardır.
Dərinin geniş zədələnmələri olan xəstələrin müalicəsi zamanı preparatın sorulmasının və bunun nəicəsində vestibulyar və
koxlear apparatların zədələnməsi , nerfotoksik effekt və sinir - əzələ keçiriciliyinin blokadası kimi ağırlaşmaların yaranmasının
mümkünlüyünü nəzərə almaq lazımdır.
Təsiredici maddə : 1 q məlhəmin tərkibində 250 BV basitrasin , 5000 BV neomisin vardır.
Köməkçi maddələr : lanolin , yumşaq ağ parafin.
Rəylər (0)