İstifadəsinə göstərişlər:
Banemol astmanın müntəzəm müalicəsi üçün istifadə edilir:
İnhalyasion kortikosteroidlərə müalicəyə adekvat cavab verməyən və ehtiyac olduqda qısamüddətli təsirə malik inhalyasion adrenoreseptorların aqnositlərindən istifadə edən pasiyentlərdə və ya inhalyasion kortikosteroidlərlə və uzunmüddətli təsirə malik B2-adrenoreseptorların aqnositləri ilə müalicəyə adekvat cavab verən pasiyentlərdə.
Əks göstərişlər:
Preparatın tərkibindəki aktiv və köməkçi maddələrə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Banemol böyüklərdə inhalyasion kortikosteroidlərə və ehtiyac olduqda qəbul edilən qısamüddətli təsirə malik B2-adrenoreseptorların aqnositlərinə adekvat cavab verməyən yüngül astma zamanı istifadə edilmir.
Böyüklər: 1-2 inhalyasiya gündə 2 dəfə. Bəzi pasiyentlərdə dozanı maksimum 4 inhalyasiya olmaqla gündə 2 dəfəyə qədər artırmaq tələb oluna bilər.Ümumi olaraq gündə 8 inhalyasiyadan çox qəbul etməyə ehtiyac olmur. Əgər pasiyent gündə 8 inhalyasiyadan çox qəbul edirsə, bu zaman həkimlə məsləhətləşməlidir.
Əlavə təsirləri:
Burun-udlaqda kandida yaranması riskini minumuma endirmək üçün pasiyentə hər inhalyasiyadan sonra ağzını su ilə yaxalamaq məsləhət görülməlidir.
Sistem təsirlərə Kuşinq sindromu, Kuşinq əlamətləri, böyrəküstü vəzilərin zəifləməsi, uşaqlarda və yeniyetmələrdə boy artımının ləngiməsi, sümük toxumasının mineral sıxlığının azalması müşahidə oluna bilər.
Doza həddinin aşılması:
Budesonidin istifadəsi zamanı doza həddinin hətta çox yüksək səviyyədə belə qısamüddətli aşılması nəzərə çarpacaq kliniki əhəmiyyət daşımır. Lakin xroniki olaraq doza həddinin aşılması zamanı hiperkortisizim, böyrəküstü vəzi funksiyalarının zəifləməsi kimi sistem təsirlər meydana çıxa bilər.
Rəylər (0)