İstifadəsinə göstərişlər:
Baktosid ampisillin/sulbaktama qarşı həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyaların müalicəsində göstərişdir:
sinusit, orta otit, epiqlotit, bakterial pnevmoniya daxil olmaqla, yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları; pielonefrit daxil olmaqla, sidik-ifrazad yollarının infeksiyaları; dərinin və yumşaq toxumaların, sümük və oynaqların infeksiyaları,qonokokk infeksiyaları.
Abdominal və ya çanaq cərrahiyyə müdaxiləsi keçirən və potensial peritoneal çirklənməsi olan pasiyentlərdə əməliyyatdan sonrakı yara infeksiyalarının azaldılması üçün Baktosid istifadə edilə bilər. Baktosid, hamiləliyin dayandırılması və ya keysəriyyə əməliyyatından sonra sepsisin profilaktikası üçün istifadə edilə bilər.
Əks göstərişləri:
Anamnezində hər hansı bir penisillinə qarşı allergik reaksiyaları olan xəstələrdə Baktosidin isti-fadəsi əks göstərişdir.
Həlledici kimi istifadə olunan lidokain-hidroxlorid amid tipli yerli anestetiklərə yüksək həssaslı-ğı və atrioventrikulyar blokadası olan xəstələrə təyin olunmur.
İstifadə qaydası və dozası:
Böyrək funksiyası normal olan böyüklərdə adi gündəlik doza 1,5 q-dan 12 q-a qədərdir.
Sulbaktamin maksimal gündəlik dozası 4 q-dır.
Adətən Baktosid preparatı hər 6-8 saatdan bir yeridilir.
Yüngül dərəcəli infeksiyalarda preparat hər 12 saardan bir istifadə olunur.
Hamiləlik və laktakiya dövründə istifadəsi:
Bu dərman preparatı hamiləlik dövründə yalnız zəruri olduqda istifadə edilməlidir.
Rəylər (0)