Çiyələk ətirli çəhrayı qranullardır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Baktiqram həssas bakteriyalar tərəfindən törədilən aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur.
- tənəffüs sisteminin infeksiyaları – pnevmoniya , bronxit , xroniki bronxit , faringit və tonzillitin kəskinləşməsi.
- orta qulağın bakterial mənşəli iltihabı
- dəri və yumşaq toxumanın infeksiyası
- böyrək və sidikçıxarıcı yolların infeksiyaları , pielonefrit , sistit
- burunətrafı ciblərin iltihabı.
- sidik kanalının bakterial mənşəli iltihabı
ƏKS GÖSTƏRİŞLƏR :
Əgər sizin sefaklora , sefalosporin qrupundan olan digər antibiotiklərə və ya bu dərman maddəsinin hər hansı bir komponentinə
qarşı allergiyanız varsa, Baktiqramı qəbul etməyin.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Əgər hamiləliyi planlaşdırırsınızsa və ya hamiləlik və laktasiya zaanı bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə və
ya əczaçıyla məsləhətləşin.
Əgər həkim tərəfindən təyin olunmayıbsa , Baktiqramı hamiləlik vaxtı istifadə etmək olmaz.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Dərman vasitəsini həmişə əkim və ya əczaçıtərəfindən verilən təlimatlara uyğun qəbul edin.Əgər hər hansı bir şübhəniz varsa
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Bu dərman vasitəsini daxilə yeməkdən sonra qəbul edin.
Tövsiyə olunan dozalanma
Böyüklər : 250 mq hər 8 saatdan bir.Yüksək doza daha ciddi infeksiyalar zamanı istifadə oluna bilər.Tövsiyə olunan maksimal
doza sutkada 2 q – dır.
Uşaqlar : 20 mq/mk sutkada , hər 8 saatdan bir qəbul edilir.Ağır infeksiyalarda tövsiyyə olunan doza 40 mq/kq
sutkada.Maksimal sutkalıq doza 1 q – dır.
Suspenziyanın hazırlanması üçün təlimat
- qranulları bir – birindən ayırmaq üçün su tökməzdən əvvəl qabı çalxalamaq lazımdır
- etiketdə ox işarəsi ilə göstərilən səviyyəyə qədər su əlavə edin
- bağlayın və həmcins suspenziya alınana qədər çalxalayın : suspenziyanın həcmi ox işarəsindən aşağı olur
- eyni həcmli suspenziya alınana qədər yaxşı çalxalayın
ƏLAVƏ TƏSİRLƏRİ :
Bütün digər dərman vasitələri kimi bu dərman vasitəsinin də əlavə təsirləri ola bilər.
Ümumi
- hiperhəssaslıq reaksiyası
- mədə - bağırsaq simptomları , həmçinin diareya
- ətraflarda şişkinlik , eozinofiliya
Nadir
- qızılcayabənzər səpgilər
- cinsi orqanlarda qaşınma , vaginal kandidoz , vaginit
- qaşınma , övrə
DOZA HƏDDİNİN AŞILMASI :
Əgər siz təsadüfən məsləhət olunandan artıq Baktiqram qəbul etmisinizsə , təcili olaraq həkimə və ya yaxınlıqdakı
xəstəxanaya müraciət edin.
Doza həddinin aşılması ürəkbulanma , qusma , mədə nahiyəsində ağrı və diareya kimi əlamətlərlə özünü göstərə
bilər.Əlamətlərin ağırlığı qəbl edilən dozadan asılıdır.
Başqa simptomlar varsa , çox güman ki , bu öncədən mövcud olan xəstəliyin əlamətidir və ya allergik reaksiyadır.
Doza həddinin aşılması müalicəsində xəstələr aktivləşdirilmiş kömür qəbul etdikdə bağırsaqdan dərman vasitəsinin sorulması
azalır , bu qusmanın induksiyası və mədə yuyulmasından əlavə kimi istifadə edə bilər.
Təsiredici maddə : 5 ml suspenziyanın tərkibində 250 mq susuz sefaklora ekvivalent olan 263 mq sefaklor monohidrat vardır.
Köməkçi maddələr : dimetikon , polisaxarid yapışqanı , nişasta , eritrozin E127, çiyələk dadvericisi , natrium lauril sulfat ,
metilsellüloza və saxaroza.
Rəylər (0)