İstifadəsinə göstərişlər:
Qırmızı qan cisimciklərinin yetişməsinin pozulması və\və ya funikulyar spinal xəstəlik kimi nevroloji pozğunluqlar şəklində təzahür edə bilən Vitamin B12 çatışmazlığının müalicəsi.Vitamin B12 çatışmazlığı qida maddələrinin uzun müddət olmaması və ya pis pəhriz nəticəsində, qidanın mənimsənilməsinin pozulması nəticəsində, seliakiya xəstəliyi nəticəsində, balıq soliteri ilə invaziya, kor ilgək sindromu və ya B12 vitamininin nəqledilməsinin iris pozğunluqları nəticəsində yaranır.
İstifadə qaydası və dozası:
Örtüklü tabletləri bütöv halda bir qədər maye ilə udmaq lazımdır.Tabletlərin səhərlər acqarına qəbul edilməsinə üstünlük verilir.Müalicənin davametmə müddəti müalicəvi cavaba əsasən müəyyən edilir.Hədəf diaqnostika və müalicə pasiyenti sianokobalaminin optimal dozasına uyğunlaşdırılmalıdır.
Böyüklər:
Əgər başqa cür təyin edilməyibsə, klinik vitamin B12 çatışmazlığının müalicəsi zamanı böyüklər üçün gündəlik dpza bir örtüklü B12 Ankerman tableti təşkil edir.Ağır hallarda başlanğıc müalicə üçün 2 tablet B12 Ankerman tövsiyə olunur.Ağır nevroloji simptomlarda başlanğıv parenteral müalicə tövsiyə olunur.
Uşaqlar və yeniyetmələr:
Uşaqlarda və yeniyetmələrdə vitamin B12 çatışmazlığının müalicəsi üçün parenteral müalicənin alternativi kimi, peroral sianokobalamini 1000 mkq-a qədər dozada istifadə etmək tövsiyə olunur.
Yaşlılar
Yaşlı pasiyentlərə normal dozalanma rejimi tövsiyə olunur.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.B12 Ankerman sianidin detoksikasiyasına ehtiyacı olan pasiyentlərdə istifadə olunmamalıdır.Bu vəziyyətdə kobalaminin digər törəmələrindən istifadə edilməlidir.Leberin görmə sinirinin atrofiyası təhlükəsi olan şəxslərdə B12-çatışmazlığının müalicəsi üçün B12 Ankerman istifadə edilməməlidir.
Rəylər (0)