İstifadəsinə göstərişlər:
- Döş qəfəsi orqanlarının, boğaz və ya burun infeksiyaları
- Penisillinə qarşı allergiya olduqda, Streptococcus pyogenes törədicisi tərəfindən yaranan faringit və tonzilit
- Qulaq infeksiyaları
- Dərinin və yumşaq toxumaların infeksiyaları
- Chlamydia ilə törədilmiş cinsi yolla ötürülən xəstəliklər
- Yumşaq toxumaların Haemophilus ducrei ilə törədilmiş xorası və Neisseria gonorrhoeae ilə törədilmiş cinsi yolla ötürülən xəstəliklər.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə, eləcə də makrolid qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq
Qaraciyər xəstəlikləri
Çovdar mahmızı alkaloidlərinin törəmələrindən olan məsələn, erqotamin ilə eyni vaxtda istifadəsi.
İstifadə qaydası və dozası:
Preparat, yalnız oral qəbul edilir.
Azoksin birdəfəlik dozada təyin edilir.
Cinsi yolla ötürülən xəstəliklərdə 1000 mq birdəfəlik dozada istifadə edilir.
Digər göstərişlərdə preparat 1500 mq ümumi dozada təyin edilir.
Rəylər (0)