İstifadəsinə göstərişlər:
Azitromisin makrolid quru antibiotiklərinə aiddir. Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə olunur:
-aşağı və yuxarı tənəffüs yollarının infeksiyaları;
-orta otit;
-dərinin və yumuşaq toxumaların infeksiyaları;
-genital infeksiyaları.
Əks göstərişlər:
Azitromisin dihidrata, eritromisinə və ya digər makrolid/ketolid antibiotiklərinə, yaxud preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Həkimdən məsləhət almadan terapiyanı dayandırmayın və dəyişdirməyin.
Bədən çəkisi 45 kq və artıq olan böyüklər və uşaqlar gündə bir dəfə 500 mq, 3 gün ərzində qəbul olunur, ümumi doza 1500 mq.
Chlamydia trachomatis bakteriyasının səbəb olduğu ağırlaşmamış genital infeksiyaları
Birdəfəlik 1000 mq doza peroral qəbul edilir.
Doza həddinin aşılması:
Preparatın dozasını tövsiyə edildikdən çox qəbul etdikdə, həkim və ya əczaçıyla əlaqə saxlamaq və ya yaxındakı xəstəxanaya getmək məsləhət görülür. Doza həddinin aşılmasının simptomları: eşitmənin itməsi, ürəkbulanma və ya qusma, diareya.
Əlavə təsirləri:
Aşağıdakı ciddi allergik reaksiya əlamələri yarandıqda, dərhal prepratın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Nəfəsalmada, danışmaqda və udmaqda qəfil çətinlik.
Dodaq, dil, üz və boyun ödemi.
Ağır başgicəllənmə və ya kollaps.
Qaşınma ilə müşaiyət olunan dəri səpgiləri və ya ağır səpgilər, xüsusəndə gözlər, ağız və ya cinsiyyət orqanlarında sululuq və ağrılar varsa.
Aşağıdakı əlavə təsirlərdən biri meydana gələrsə dərhal həkimlə məsləhətləşin:
Qarın ağrısı və qızdırma ilə müşayiət olan, davamlı və ya qanlı ağır ishal. Bu, antibiotik qəbulundan sonra nadir hallarda baş verən ciddi bağırsaq iltihabının əlaməti ola bilər.
Qaraciyər xəstəliyinin səbəb olduğu dərinin və ya göz ağlarının saralması.
Qarın və ya bel nahiyəsində ağır ağrılara səbəb olan, mədəaltı vəzinin iltihabı.
Rəylər (0)