İstifadəsinə göstərişlər:
Azitromisin makrolid qrupu antibiotiklərinə aiddir.
Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə olunur:
- Aşağı və yuxarı tənəffüs yoarının infeksiyaları (bronxit, pnevmoniya, tonzillit, farinqit, sinusit)
- Qulaq infeksiyaları
- Dərinin və yumşaq toxumaların infeksiyaları (absess, furunkul)
- Chlamydia trachomatis və ya Neisseria gonorrhoeae mikroorqanizmlər tərəfindən törədilən cinsi yolla keçən infeksiyalar.
Antibiotiklərin istifadəsi zamanı pasiyentin reistentlik statusu və antibakterial preparatların istifadəsi barədə rəsmi yerli qaydalar nəzərə alınmalıdır.
Əks göstərişlər:
Azitromisinə, eritromisinə və ya digər makrolid və ya ketolid antibiotiklərinə, yaxud preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin.
Həkim tərəfindən başqa göstəriş olmadıqda, 45 kq-dan çox olan böyüklər və yeniyetmələr üçün:
Yuxarı və aşağı tənəffüz yollarının, qulaq infeksiyalarının, dərinin və yumşaq toxumaların infeksiyaları zamanı.
3 və ya 5 gün ərzində, ümumi doza 1500 mq təşkil edir.
3 günlük kurs:
3 gün ərzində gündə bir dəfə 1 tablet (500 mq azitromisin)
5 günlük kurs:
Alternativ olaraq, ümumi dozanı (1500 mq) 5 gün ərzində qəbul etmək olar, ilk gündə 1 tablet (500 mq azitromisin), növbəti 4 gün 2/1 tablet (250 mq azitromisin)
Cinsi yolla ötürülən infeksiyalar zamanı.
Chlamydia trachomatis: ümumi doza 1000 mq azitromisindir.
- Neisseria gonorrhoeae: tövsiyə olunan doza, yerli klinik müalicə qaydalarından asılı olaraq, 250 mq və ya 500 mq seftriakson ilə 1000 mq və ya 2000 mq azitromisin kompleks müalicədə. Penisillin və / və ya sefalosporinlərə qarşı allergiyası olan pasiyentlərə həkim alternativ müalicə təyin edə bilər.
Böyrək funksiyasının çatışmazlığı
Yüngül və orta dərəcədə pozulmuş böyrək funksiyası olan pasiyentlər üçün dozanın tənzimlənməsi tələb olunmur.
Qaraciyər funksiyasının çatışmazlığı.
Qaraciyərin yüngül və orta dərəcədə pozğunluğu olan pasiyentlər üçün dozanın tənzimlənməsi tələb olunmur.Qaraciyər və ya böyrək problemləri olan pasiyentlərə, preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur.
Uşaqlar və yeniyetmələr
45 kq-dan oz olan uşaqlar və yeniyetmələr üçün azitromisin digər dərman formaları, məsələn suspenziyalar mövcuddur.
Yaşlı xəstələr
Yaşlılara böyüklər üçün tətbiq olunan dozalar istifadə olunur.
Preparatın qəbulu
Azitro-denk yeməklə və ya olmadan qəbul edilir. Tabletlər biraz maye ilə udulmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik;
Hamiləlik dövründə azitromisinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən hamiləlik dövründə, həkiminiz tərəfindən tövsiyə edilmədikdə Azitro-Denk qəbul edilməməlidir.
Lakyasiya;
Azitromisin ana südünə nüfüz edir. Azitromisinin ana südü ilə qidalanan körpələrə zərəri barədə tədqiqatlar aparılmayıb, bu səbəbdən Aitro-Denk ilə müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Rəylər (0)